Çin qızılgülü

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çin qızılgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Çin qızılgülü (lat. Rosa chinensis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin i̇tburnu cinsinə aid bitki növü. Dekorativ kol bitkisi; otaqlarda becərilir.

Təbii yayılması

Çin, Şərqi Himalayda, Nepal, Hindistan və Pakistanda, Avropada, Kiçik Asiyada və Yaponiyada yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 1–2 m, gövdəsi düz dayanan koldur. Budaqları bənövşəyi-qonur, kəsiyində yumru, təxminən iynəsizdir. Yarpaqları mürəkkəb, uzunluğu 5-11 sm, yalançı zoğları saplaqla bitişik, kənarları bütöv, vəzicikli-tükcüklü, ucu bizdir. Çiçəkləri sadə (5 ləçəkli), yarımçoxləçəkli və ya çoxləçəkli, 2-5 olmaqla qruplarla yerləşmiş, bəzən tək, bir az ətirli və ya qoxusuz, diametri 4-5 sm-dir. Çiçək saplaqları 2,5-6 sm, təxminən çılpaq və ya vəzicikli-tükcüklü, çiçək altlıqları 1-3, xətvari, çılpaq, kənarları vəzicikli və ya bütöv armudvari, çılpaqdır. Kasayarpaqları 5, yumurtavari, bəzən yarpaqvari formalı, kənarları bütöv və ya bir az lələkvari-pərli, bəzən bütövdür. Ləçəkləri qırmızı, çəhrayı, ağ və ya bənövşəyi çalarlı, əks-yumurtavari, ucu oyuqludur. Meyvələri qırmızı, çılpaq, yumurtavari və ya armudvari formalı, diametri 1-2 sm-dir.

Ekologiyası

Münbit torpaqlarda daha yaxşı bitir. Rütubətə istiyə davamlıdr. Sərt şaxtalarda yerüstü hissələri məhv olur.

Azərbaycanda yayılması

Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Çiçəkləri və meyvələri Çin təbabətində qalxanabənzər vəzinin xəstəliklərinin müalicəsində istifadə edilir. Çin qızılgülü Pekinin simvollarından biridir.

İstinadlar

Həmçinin bax