Çingiz Alqazax

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Çingiz Alqazax
Çingiz Qiyas bəy oğlu Alqazax
Şəxsi məlumatlar
Digər adı Cengiz Alkazak
Doğum tarixi
Doğum yeri İğdır, Türkiyə
Vəfat tarixi
Vəfat yeri Ankara, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Atası Qiyas bəy Şıxlinski

Çingiz Alqazax (1938, İğdır1992, Ankara) — Türkiyə Hərbi Hava Qüvvələrinin təyyarəçisi, polkovnik. Gəncə, və Şəki üsyanlarının iştirakçısı Qiyas bəy Şıxlinskinin oğlu.

Həyatı və fəaliyyəti

1938-ci ildə Türkiyənin İqdır şəhərində dünyaya gəlmişdir. 1931-ci ildə Türkiyəyə mühacirət etmiş Qiyas bəy Şıxlinskinin oğludur. Türkiyədə Hərbi Aviasiya Məktəbini bitirmişdir. Paraşüt-desant idmanı üzrə Avropa çempionu olmuşdur. Türkiyə Silahlı Qüvvələrində müxtəlif vəzifələrdə xidmət etmiş, aviasiya hərbi eskadrilyasının komandiri olmuşdur, albay (polkovnik) rütbəsinədək yüksəlmişdir. 1992-ci ildə Ankarada vəfat etmiş, dövlət və ordu rəsmilərinin iştirakı ilə dəfn olunmuşdur[1] .

Həmçinin bax

İstinadlar

  1. ""Bir kəndin məşhurları" - Qazaxın Şıxlı kəndinin tanınmışları". 2019-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-08.