Türkiyə Hərbi Hava Qüvvələri (türk. Türk Hava Kuvvetleri) — Türkiyə Silahlı Qüvvələrinə daxil olan xüsusi hərbi birləşmədir. Vəzifəsi Türkiyə Cümhuriyyətinin hava məkanının təhlükəsizliyinin təmin edilməsidir. Türkiyə Silahlı Qüvvələrinin idarəsi altında olan ən böyük 2-ci qüvvədir (Quru Qoşunlarından sonra). Hərbi Hava Qüvvələri sülh vaxtı hava məkanını qorumaq və nəzarət etmək, müharibə zamanı isə Quru Qoşunları və Hərbi Dəniz Qüvvələrinə dəstək vermək üçün yaradılıb. Baş qərargahı Ankarada yerləşir.
Türkiyə Hərbi Hava Qüvvələri | |
---|---|
Türk Hava Kuvvetleri | |
Növü | Hərbi Hava Qüvvələri |
Yaranma tarixi |
1911 (Aviasiya Komissiyası)[1][2] 31 yanvar 1911 (Hava Qüvvələri Komandirliyi) 1 iyul 1949 - günümüzə[3] |
Ölkə | Türkiyə |
Tabedir |
Türkiyə Respublikası Milli Müdafiə Nazirliyi (sülh şəraitində) Türkiyə Silahlı Qüvvələri (müharibə şəraitində) |
Daxildir | Türkiyə Silahlı Qüvvələri |
Vəzifəsi | Türkiyə Respublikası ərazisinin hava məkanını mühafizə etmək |
Sayı | 50.000 nəfər şəxsi heyət (2021)[4] |
Qərargah | Ankara, Türkiyə |
Rəngləri | Tünd göy, ağ |
Tilsimi | Qartal |
Müharibələr |
Türkiyə İstiqlaliyyət müharibəsi Koreya müharibəsi Kipr Sülh Hərəkatı Fərat Qalxanı əməliyyatı |
Fərqlənmə nişanları | |
Komandanlıq | |
Komandir | Ordu generalı Hasan Küçükakyüz |
hvkk.tsk.tr | |
Vikianbarda əlaqəli mediafayllar |