İlham Hüseynov (aktyor)

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İlham Hüseynov
İlham Abbas oğlu Hüseynov
Doğum tarixi 3 iyul 1967(1967-07-03) (56 yaş)
Doğum yeri
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı
Fəaliyyəti aktyor
Fəaliyyət illəri 2002-ci ildən
Mükafatları "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı

İlham Abbas oğlu Hüseynov (3 iyul 1967, Kirovabad) — Azərbaycan teatr və kino aktyoru.

Həyatı

İlham Abbas oğlu Hüseynov - 1967-ci ildə anadan olmuş,1990-ci ildə М.А.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyorluğu” fakültəsini bitirmişdir. 1990-cı ildən 2013-ci ilə qədər Gəncə Dövlət Dram Teatrında, 2013-ci ildən bu günə qədər isə Akademik Milli Dram Teatrında işləyir. 3 may 2011-ci ildə Azərbaycan Respublikası Əməkdar Artisti fəxri adına layiq görülüb.

Oynadığı rollar

Gəncə Dövlət Dram Teatrı

  • Əziz ("Duel",M.Bacıyev )
  • Xandəmir ("Afət", H.Cavid)
  • Aslan bəy ("Oqtay Eloğlu", C.Cabbarlı)
  • Gənc kişi ("Qatil", E.Əfəndiyev)
  • Əzrayıl ("Molla Nəsrəddin və Əzrayıl", Y.Əzimzadə)
  • Müsyö Jordan (" Müsyö Jordan və Dərviş Məstəli Şah", M.F.Axundzadə)
  • Podkolyosin ("Evlənmə",N.V.Qoqol)
  • Doktor Lalbyuz ("Dəli yığıncağı",C.Məmmədquluzadə)

Akademik Milli Dram Teatrı

  • Nikoviç("Nazirin xanımı",B.Nuşiç)
  • II aspirant-Xızır("Şah və Şair yaxud Hamı səni sevənlər burdadı",K.Abdulla)
  • Oyun aparıcısı ("Qoca Kloun Tələb Olunur", M.Vişnek)
  • Həkim ("Kölgə", Y.Şvart )
  • Leyli Əbdül Əfəndi, Hakim Atalıq, Baş münəccim, Qolitsin ("Nadir Şah", Y.Oğuz)
  • Qraf ("Sənətkarın Taleyi", E.Əfəndiyev)
  • Şeypurçu əsgər ("Generalın son əmri", Vaqif Səmədoğlu)

Filmoqrafiya

  1. Aktrisa (film, 2011)-Rüfət Hüseynzadə
  2. Sonuncu fəsil (teleserial, 2013)-İlyas Zamanlı
  3. Qırmızı bağ (film, 2016)-həkim
  4. Vicdan haqqı (teleserial, 2016)-İmran
  5. Yuxu kimi (teleserial, 2019)-Nüsrət

İstinadlar

Xarici keçidlər