İnsert key

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İnsert key (ing. Insert key, rus. клавиша вставки, türk. İnsert tuşu) – IBM klaviaturalarında: yardımçı rəqəm klaviaturasında yerləşən (0 klavişi ilə birləşdirilib), təkmilləşdirilmiş klaviaturalarda, o cümlədən Apple klaviaturasında isə əsas klaviatura ilə yardımçı ədədi klaviatura arasındakı redaktə klavişləri dəstinə daxil olan klaviş. Təkmilləşdirilmiş klaviaturalarda o, "Insert" kimi, Apple klaviaturalarında isə "Ins" kimi nişanlanıb. Insert klavişi müxtəlif tətbiqi proqramlarda müxtəlif funksiyalar yerinə yetirir. Ancaq bir qayda olaraq o, mətnin redaktəsində "Artırma"-"Əvəzləmə" rejimlərindən birindən o birinə keçmək üçün istifadə edilir.[1]

İstinadlar

  1. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.

Xarici keçidlər