Klaviatura

Multimedia üçün nəzərdə tutulmuş kompüter klaviaturası.

Klaviatura (ingiliscə: Keyboard) — informasiyanın kompüterə daxil edilməsi və kompüterin işinin idarə edilməsi üçün nəzərdə tutulmuş qurğu. Kompüter sisteminin əsas qurğularından biri. Klaviatura, yazı makinasında olduğu kimi, yalnız giriş qurğusudur, çünki informasiya axını ondan bir istiqamətə – klaviaturadan kompüterə doğru hərəkət edir. Mikrokompüterlərdən qabaq yaranmış minikompüterlər və meynfreymlərdən başlanaraq klaviatura və displeyin kombinasiyasına kompüterin konsolu (CONSOLE) deyilib. CON adı (işarəsi) MS-DOS əməliyyat sisteminin sintaksisində mövcuddur, məsələn, bu qurğulardan hər hansı birinə və ya hər ikisinə müraciət etmək üçün istifadə edilir. Kompüter klaviaturalarının hamısında çap simvollarının standart yığını olur və onlar şərti olaraq QWERTY (klavişlərin yuxarı sətrində soldakı hərflərə görə) adlandırılan ardıcıllıqla yerləşir (yazı makinalarının əksəriyyətində olduğu kimi). Klaviaturaların əksəriyyətində kalkulyatora bənzər yardımçı rəqəm klaviaturası da olur. Klaviaturaların hamısında bir sıra xüsusi klavişlər CTRL, ALT və SHIFT, Apple Macintosh klaviaturalarında isə Command, Option klavişləri olur; bu xüsusi klavişlərdən başqa klavişlərin mənasını dəyişmək üçün istifadə edilir. 1995-ci ildə, Windows əməliyyat sisteminin yaradılması ilə əlaqədar olaraq 101 düyməli qurğu 104/105 düyməli qurğu ilə əvəz olunmuşdur.
Sistem bloka qoşulma metodlarına görə klaviaturalar simli və simsiz klaviaturalara ayrılırlar. Simsiz klaviaturada informasiya ötürülməsi infraqırmızı şüalarla həyata keçirilir. Belə klaviaturaların adətən fəaliyyət radiusu bir neçə metrdən ibarət olur. Siqnalın mənbəyi isə klaviatura olur.
Klaviatura – [lat. clavius] açar deməkdir.

Klaviatura:

  1. kompüterlərdə verilənlərin daxil və redaktə edilməsi, eləcə də ayrı-ayrı əməliyyatların icrasının idarə olunması üçün müəyyən nizamla düzülmüş klavişləri olan quruluş;
  2. hər hansı bir mexanizmdə (yazı makinası, hesablayıcı maşın və s.) klavişlərin məcmusu;
  3. klavişlərin tam sırası.

Klaviaturanın iş prinsipi

[redaktə | mənbəni redaktə et]

Matrisanın bütün horizontal xətləri rezistorların köməyi ilə +5 V güclü toka bağlıdır. Kompüter klaviaturasının iki portu mövcuddur – giriş və çıxış portları. Giriş port matrisanın üfüqi xətlərinə , çıxış portu isə şaquli xətlərə birləşmişdir.Bütün şaquli xətlərdə gərginlik səviyyəsini məntiqi 0 ilə tənzimləyərək, kompüter klaviaturası üfüqi xətlərdə gərginliyin hansı səviyyədə olduğunu sorğulayır. Əgər klaviaturada heç bir düymə sıxılmayıbsa, o zaman üfüqi xətlərdə gərkinlik səviyyəsi məntiqi 1 bərabər olur. (Buna səbəb bütün üfüq xətlərdə rezistorla birləşdirilmiş statik +5 V gərginliyin olmasıdır). Əgər istifadəçi klaviaturada hər hansısa bir düyməni sıxsa, o zaman üfüqi və şaquli xətlər bir-biri ilə bağlanacaqdır. Bu zaman prosessor şaquli xətlərdə olan məntiqi 0 dəyəri üfüqi xətlərə transver edir və nitəcədə də üfüqi xətdə məntiqi dəyər də 0-ra bərabər olur. Əgər hər hansısa bir üfüqi xətdə mətiqi 0 səviyyəsi yaranırsa, bu zaman klaviatura prosessoru düymə basılmasını fiksasiya edir. Sonra o mərkəzi kompüterə matrisada sıxılmış düymənin sıxılma intesivini və düymənin nömrəsini göndərir.Klaviaturanın mikroprosessoru kompüterə siqnalı göndərərkən o yalnız basılan düymənin harda yerləşdiyini söyləyir. Siqnalın emal edilməsi üçün, kompüter aldığı siqnalı sıxılmış düyməyə əsasən lazımı dəyərə çevirir. Xüsusi elektron siyahıda – kodirovka cədvəli – hər klaviatura düyməsinə uyğun olaraq ikili simvolla təhlil edir. Gələcəkdə isə məlumatların emalı prosesi sözügedən ikili simvollardan istifadə ediləcəkdir.

Görmə əngəllilərin istifadəsi üçün klaviatura

[redaktə | mənbəni redaktə et]

Klaviaturanın F və J klavişləri üzərində kiçik və qabarıq xətt var. Görmə əngəlləri şəxslər bu qabarıq xətlər ilə F və J klavişlərinin yerini bildikdə qalan klavişlərin də yerini bilmiş olurlar. Ancaq bunun üçün əvvəlcədən bu klavişlərin ətrafındakı hərfləri əzbərləmək lazımdır.

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı,
  • R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s.
  • A.İ.Qurbanov, E.M. Məmmədov, A.S.Hüseynova Kompüter texnikası və proqramlaşdırma-Bakı:- “Təhsil” NPM, 2010.- 169 s.

AT klaviaturası

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]