İnversion moren konusları

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

İnversion moren konusları (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones) — yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10–12 metrə qədər çatır en kəsiyi 2,5–3 dəfə hündürlüyündən böyük olur. Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, "Ölü buzlaq" sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. Mis: Pamir. Məfhum N. S. Şukin tərəfindən təklif edilmişdir.[1]

Həmçinin bax

İstinadlar

  1. İnversion moren konusları // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 131. ISBN 978-9952-453-14-0.