İnversion moren konusları

İnversion moren konusları — (rus. инверсионные моренные конусы, ing. -inverse moraine cones)yenidən çökdürülmüş morenlərdən təşkil olunmuş, günbəzvari yaxud konus formasında, təpələr şəklində, akkumulyativ buzlaq relyef forması. Hündürlüyü bir neçə metrdən 10-12 metrə qədər çatır / en kəsiyi 2,5-3 dəfə hündürlüyündən böyük olur. / Sistemsiz qrup və ya sıra şəklində buzlaq dərəsinin dibində yerləşir. İ. m. k. buzlaq dilinin qurtaracağında, «Ölü buzlaq» sahəsində termokarst proseslər nəticəsində epigenetik əmələ gəlir. Kəskin kontinental iqlimli vilayətlər üçün səciyyəvidir. /mis: Pamir/. Məfhum N.S.Şukin tərəfindən təklif edilmişdir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. İnversion moren konusları // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 131. ISBN 978-9952-453-14-0.