İrəm Yaman

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İrəm Yaman
türk. İrem Yaman[1]
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 4 avqust 1995(1995-08-04) (28 yaş)
Doğum yeri
Təhsili
İdman növü taekvondo

İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018).

Şəxsi həyat

İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb[3].

Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır[3].

Karyera

Kikboksinq

2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır.

Taekvondo

Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir[4].

Bir il sonra Çelyabinskdə keçirilən dünya çempionatının 62 kq çəki dərəcəsində final görüşündə ispaniyalı Marta Kalvo üzərində inamlı qələbə qazanan 18 yaşlı Yaman ilk dəfə dünya çempionu olub[5][6][7].

Sonradan türkiyəli idmançı iki dəfə Avropa çempionu (2016-cı ildə Montro[8] və 2018-ci ildə Kazanda[9]), iki dəfə Universiadanın qalibi (2017-ci ildə Taypey[10] və 2019-cu ildə Napoli[11]) olmaqla, müxtəlif beynəlxalq yarışlarda yüksək səviyyəsini dəfələrlə təsdiqləyib. Böyük Dəbilqə turnirinin qalibi olub (2017-ci ildə Usi).

2019-cu ildə Mançesterdə keçirilən Dünya Çempionatında İrem dünya çempionatlarında karyerasında ikinci qızılını qazanaraq belə bir nailiyyət əldə edən ilk türk taekvondoçusu olur[12].

2021-ci ildə Yaman idman karyerasını bitirdiyini elan edir[13].

İstinadlar

  1. 1 2 3 https://halktv.com.tr/spor/dunya-ve-avrupa-sampiyonu-irem-yaman-tekvandoyu-birakti-657192h.
  2. Katalanca Vikipediya (kat.). 2001.
  3. 1 2 "İrem Yaman kimdir kaç yaşında?" (türk). Hürriyet. 2018-05-14. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  4. "İrem Yaman ile Berkcan Süngü, Avrupa Şampiyonu oldu" (türk). Milliyet. 2014-09-27. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  5. "Turkish teen wins gold at World Taekwondo Championship". Anadolu Agency (ingilis). 2015-05-18. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  6. "İrem Yaman dünya şampiyonu oldu". TRT Spor (türk). 2015-05-18. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  7. "İrem Yaman Dünya şampiyonu..." (türk). Hürriyet. 2017-03-21. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  8. "ETU European Taekwondo Championships Draw to a Close in Montreux" (ingilis). World Taekwondo. 2016-05-22. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  9. "Taekwondo/62 kg Dames: La turque Irem Yaman championne d'Europe". Anadolu Agency (türk). 2018-05-13. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  10. "İrem Yaman 62 kiloda altın madalyanın sahibi oldu". TRT Spor (türk). 2017-08-24. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  11. "İrem Yaman ve Nafia Kuş'tan altın madalya". Anadolu Agency (türk). 2019-07-11. 2023-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  12. "Turkish athlete wins gold in World Taekwondo Championships". Anadolu Agency (ingilis). 2019-05-19. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.
  13. Dan Palmer. ""Gold Hunter" Yaman announces taekwondo retirement". insidethegames.biz (ingilis). 2021-12-27. 2023-04-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-05.