İrəm Yaman (türk. İrem Yaman) — türk taekvondoçusu. 62 kq çəki dərəcəsində ikiqat dünya çempionu (2015, 2019), ikiqat Avropa çempionu (2016, 2018).
İrəm Yaman | |
---|---|
türk. İrem Yaman[1] | |
Şəxsi məlumatlar | |
Vətəndaşlığı | |
Doğum tarixi | 4 avqust 1995 (28 yaş) |
Doğum yeri | |
Təhsili | |
İdman növü | taekvondo |
İrəm Yaman 4 avqust 1995-ci ildə Ankarada anadan olub. Taekvondo ilə 8 yaşında məşğul olmağa başlayıb[3].
Hacettepe Universitetini İdman Elmləri Fakültəsini bitirib və universitetin taekvondo komandasının üzvü olub. Bakalavr dərəcəsi aldıqdan sonra Konyada Səlcuq Universitetinin idman bölməsində təhsilini davam etdirmiş, oranı bitirdikdən sonra magistr dərəcəsi almışdır[3].
2012-ci ildə Bratislavada yeniyetmələr və gənclər arasında kikboksinq üzrə dünya çempionatında Yaman 70 kq-dan yuxarı yeddi kontakt kateqoriyasında bürünc medal qazanmışdır. Bir il sonra o, Polşanın Krınisa-Zdruy şəhərində keçirilən kikboksinq üzrə gənclər arasında Avropa çempionatında gümüş medal qazanmışdır.
Yaman beynəlxalq səviyyədə taekvondoda 2014-cü ildə İnsbrukda gənclər arasında keçirilən çempionatda iştirak etməsi ilə debüt edir və burada 67 kq çəki dərəcəsində qalib gəlir[4].
Bir il sonra Çelyabinskdə keçirilən dünya çempionatının 62 kq çəki dərəcəsində final görüşündə ispaniyalı Marta Kalvo üzərində inamlı qələbə qazanan 18 yaşlı Yaman ilk dəfə dünya çempionu olub[5][6][7].
Sonradan türkiyəli idmançı iki dəfə Avropa çempionu (2016-cı ildə Montro[8] və 2018-ci ildə Kazanda[9]), iki dəfə Universiadanın qalibi (2017-ci ildə Taypey[10] və 2019-cu ildə Napoli[11]) olmaqla, müxtəlif beynəlxalq yarışlarda yüksək səviyyəsini dəfələrlə təsdiqləyib. Böyük Dəbilqə turnirinin qalibi olub (2017-ci ildə Usi).
2019-cu ildə Mançesterdə keçirilən Dünya Çempionatında İrem dünya çempionatlarında karyerasında ikinci qızılını qazanaraq belə bir nailiyyət əldə edən ilk türk taekvondoçusu olur[12].
2021-ci ildə Yaman idman karyerasını bitirdiyini elan edir[13].