İriçiçək xostək

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İriçiçək xostək
Elmi təsnifat
Beynəlxalq elmi adı

İriçiçək xostək (lat. Caragana grandiflora) — paxlakimilər fəsiləsinin xostək cinsinə aid bitki növü.

Təbii yayılması

Təbii halda Şimali İran, Rusiya, Orta Asiya və Cənubi Qafqazın şərqində və qərbində yayılmışdır.

Botaniki təsviri

Təbiətdə 2–5 m hündürlükdə olan koldur. Gövdəsi qonur-boz rəngdədir. Cavan budaqları künclü, çılpaq və ya kol şəkillidir. Ağımtıl və ya qonur-boz rəngdədir. Yarpaqaltlıqları 2–3 mm uzunluqda bərk tikan formasında, budaqları və cavan zoğları çoxtikanlıdır. Yarpaqlarının saplağı odunlaşmış, tüklü və tökülməyəndir. Yarpaqcıqları xırda, 5–12 mm uzunluqda və 2–3 mm enindədir. Tərs lansetvarı və ya pazşəkilli olub, ucdan sivri, nazik və qısa, üzəri çılpaq və ya tükcüklərlə örtülüdür. Çiçəkləri tək-təkdir. Çiçək saplağı kasacıqdan qısa, o boyda və ya ondan iridir. Kasacıq yaşıl və ya qırmızımtıl-qonur rəngdədir. 12–16 mm uzunluqda, boruvarıdır, qaidədən torbacıq şəklində, şiş olub, üzəri tükcüklüdür. Çiçək tacı iri, 2,5–3 sm uzunluqda olub, əvvəlcə qızılı rəngdə olur və sonradan qızarıır. Paxlası bir qədər oturaq olub, 2,5–4 sm uzunluqdadır. Üzəri xətli, çılpaq və ya tüklüdür. May ayında çiçəkləyir, iyunda meyvəsi yetişir.

Ekologiyası

Daşlı-qayalı, gilli təpəliklərdə, seyrək meşəliklərdə su axarlarının kənarlarında bəzən şoran torpaqlarda rast gəlinir. Təbiətdə toxumları ilə çoxalır. Başlıca olaraq insan fəaliyyəti və bəzi abiotik amillərin təsiridir. Kulturada becərilir. Qəbul edilmiş qoruma tədbiri yoxdur.

Azərbaycanda yayılması

Azərbaycanın nadir bitkisidir. Azərbaycanda arealı geniş deyildir. Naxçıvan dağları, Bozqır yaylası və Qobustanda rast gəlinir. Azərbaycanın "Qırmızı kitabı"na daxil edilməsi tövsiyə olunur.

İstifadəsi

Park və bağlarda tək-tək təsadüf edilir. Yarpaqlarının tərkibində 9,27 mq C vitamini vardır. Ballı bitkidir.

Ədəbiyyat

  • Дерево и кустарники СССР. т.4. 1958;
  • Azərbaycanın ağac və kolları. III cild. 1970;
  • Azərbaycanın "Qırmızı" və "Yaşıl Kitabları"na tövsiyə olunan bitki və bitki formasiyaları. 1989; *Azərbaycan florasının konspekti. I–III cildlər. 2005; 2006; 2008;
  • Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. 2008;
  • Naxçıvan MR-nın flora müxtəlifliyi və onun nadir növlərinin qorunması. 2011.

İstinadlar

Azərbaycan Dendroflorası III cild-Bakı:"Elm",2016,400 səh. Arxivləşdirilib 2019-11-17 at the Wayback Machine T. S. Məmmədov