İrimeyvəli südləyən

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İrimeyvəli südləyən
Elmi təsnifat
Beynəlxalq elmi adı

İrimeyvəli südləyən (lat. Euphorbia macrocarpa) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin südləyənkimilər fəsiləsinin südləyən cinsinə aid bitki növü.

Qısa morfoloji təsviri

Çoxillik, hündürlüyü 30-45 sm, gövdəsi düz, yoğun, daxili boş, adətən şırımlı olan, yumuşaq tüklü bitkidir. Gövdə yarpaqları oturaq, uzunluğu 3,7-5 sm, eni 1-1,8 sm, uzunsov-lansetvari, yarımgövdə qucaqlayan, küt və ya ucubizdir. Yuxarıdakı çiçəksaplağı qısa, 5-7 sayda, qoltuqaltlıqdakılar kimi sadə və ya iki hissəyə bölünmüşdür. Sarğısının yarpaqcıqları böyrəkvari yumrudur. Qədəhciyin dilimləri iri, dəyirmi-ellipsvari, dişli, kənarları kirpikciklidir. Qutucuğu kürəvari, diametiri 8-10 mm, silindrvarisapvari, sarı çıxıntılarla örtülmüşdür. Toxumları yumru, boz, hamar, əlavələrsizdir.

Yayılması

Böyük Qafqazın qərb hissəsinin rayonlarında aşağı dağ qurşağında yayılmışdır. Dağ meşələrində bitir.

İstinadlar

Həmçinin bax