İsmət Səttarov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
İsmət Səttarov
Vəzifədədir
9 fevral 2022-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
Vəzifədədir
30 dekabr 2021-ci ildən
ƏvvəlkiVəzifə təsis edildi.
6 aprel 2020 – 30 dekabr 2021
ƏvvəlkiNuşirəvan Məhərrəmli
SonrakıVəzifə ləğv edildi.
4 aprel 2021 – 30 dekabr 2021
ƏvvəlkiNuşirəvan Məhərrəmli
SonrakıVəzifə ləğv edildi.
Şəxsi məlumatlar
Doğum tarixi 1983
Doğum yeri
Təhsili
ntrc.gov.az

İsmət Rəcəb oğlu Səttarov (1983, Bakı) — Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının sədri.

Həyatı

İsmət Səttarov 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. Bakı Dövlət Universitetinin "İqtisadi kibernetika və tətbiqi riyaziyyat" fakültəsində təhsil almışdır. Texnika elmləri üzrə fəlsəfə doktorudur.[1]

2000–2004-cü illərdə bank sektorunda çalışıb, 2004-cü ildən 2010-cu ilə qədər isə Heydər Əliyev Fondunun Analitik-informasiya şöbəsində fəaliyyət göstərib.[2]

2011-ci ildən yeni yaradılmış "Region TV" adlı prodüser qrupunun direktoru vəzifəsini icra edib, 2014-cü ildən həmin prodüser qrupunun əsasında yaradılmış "Region TV" telekanalının direktoru olmuşdur. 2016-cı ildən ARB Media Qrupun rəhbəri, "ARB24" MMC-nin direktoru vəzifəsini icra etmişdir.[2]

İsmət Səttarov 2020-ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə yenidən 6 il müddətinə Milli Televiziya və Radio Şurasının üzvü təyin edilmişdir.[3]

2020-ci il aprel ayının 6-da Milli Televiziya və Radio Şurasına sədr seçilmişdir.[2][4]

Evlidir, bir övladı var.

Həmçinin bax

İstinadlar

  1. "Teleradio Şurasına yeni sədr seçilib". 2022-01-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  2. 1 2 3 "MTRŞ-nin yeni sədri "ARB"nin rəhbəridir". 2020-04-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.
  3. İ. R. Səttarovun Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının üzvü təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2020-ci il tarixli Sərəncamı
  4. "Milli Televiziya və Radio Şurasına yeni sədr seçilib". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-11.

Xarici keçidlər