Şəmsəddin Xanbabayev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şəmsəddin Xanbabayev
bayraq
Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
23 oktyabr 2004 – 31 oktyabr 2019
ƏvvəlkiƏbülfəz Hüseynov
SonrakıElnur Rzayev
2000 – 2004
1992 – 2000
ƏvvəlkiBecan Fərzəliyev
SonrakıƏlövsət Baxşıyev
12 dekabr 1983 – 1990
ƏvvəlkiElmira Qasımova
1980 – 1983
Şəxsi məlumatlar
Doğum tarixi 1 aprel 1939(1939-04-01) (85 yaş)
Doğum yeri

Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni 1-ci dərəcəli "Əmək" ordeni — 2019

Şəmsəddin Hüseynqulu oğlu Xan-Babayev (1 aprel 1939, Aşağı Əndəmic, Ordubad rayonu) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi.

Həyatı

Şəmsəddin Xan-Babayev 1939-cu il aprelin 1-də Naxçıvan MR-nın Ordubad rayonunun Aşağı Əndəmic kəndində anadan olmuşdur. Orta təhsilini doğulduğu kənddə almışdır. 1959-cu ildə Azərbaycan Kommunal və Tikinti Texnikomunu bitirmişdir. 1964–1969-cu illərdə Azərbaycan Politexnik İnstitutunda təhsilini davam etdirmişdir.

Əmək fəaliyyətinə 1963-cü ildə Bakı şəhərindəki Ağac Emalı Kombinatında başlamışdır. 1965-ci ilədək II dərəcəli dəzgahçı, yığma sexinin ustası işləmişdir. 2 il Abşeron Rayon Kommunal Təsərrüfatı şöbəsində mühəndis olmuşdur. 1967-ci ildən Abşeron Rayon Təmir-tikinti idarəsində iş icraçısı, baş mühəndis, 1968-ci ildən həmin idarənin rəisi, 1976-cı ildən Naxçıvan MR Kommunal Təsərrüfatı nazirinin müavini, 1977-ci ildən Ordubad Rayon İcraiyyə Komitəsinin sədri, 1980-ci ildən Ordubad Rayon Partiya Komitəsinin birinci katibi, 1983-cü ildən Naxçıvan Şəhər Partiya Komitəsinin birinci katibi, 1990–1992-ci illərdə Naxçıvan MR Dövlət Plan Komitəsinin sədri, Naxçıvan MR baş nazirinin müavini, 1992-ci ildən Naxçıvan Muxtar Respublikasının baş naziri, 2000–2004-cü illərdə isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2004-cü il tarixli Sərəncamı ilə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.[1]

30 mart 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeni, 04 aprel 2014-cü il tarixli sərəncamı ilə "Şərəf" ordeni, 28 mart 2019-cu il tarixli sərəncaml ilə "1-ci dərəcəli əmək" ordeni, 2 fevral 2024-cu il tarixli serencami ile " Heyder Eliyevin 100 illiyi " yubiley metali ilə təltif olunmuşdur.

Ailəlidir, iki övladı var.

İstinadlar

Mənbə

  • "Azərbaycanda Kim Kimdir" Ensiklopedik məlumat kitabı.