Şərəfli yukka

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şərəfli yukka
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şərəfli yukka (lat. Yucca gloriosa) — qulançarkimilər fəsiləsinin yukka cinsinə aid bitki növü.

Təbii yayılması

Botaniki təsviri

Yavaş böyüyür, təbii mühitdə hündürlüyü 2 m-ə çatan, şarşəkilli kol və ya ağac formasını alır. Tək və ya zəif şaxələnmiş, cod və əyri yarpaqlı rozetləri olan ağacşəkilli gövdəsi vardır. Kökümsov gövdəsi yaxşı inkişaf edir, qısadır, torpaşın səthinə yayılır. Yarpaqların uzunluğu 40-50 sm, eni 6-13 mm, ensiz xətvarı, göyümtül-yaşıl kənarları ağ və ya boz rənglidir, liflidir. Cavan yarpaqları düzünə yuxarıya, kənar yarpaqları isə aşağıya əyilir. Bu yarpaqlar bitkinin aşağı hissəsində narın dişli, təpə hissəsində isə bərk sivri uclu olur. Süpürgə çiçək qrupunun hündürlüyü 1-2 m-dir, qol-budaqlıdır, zəngşəkilli çiçəkləri ağ rəngli, qonur və ya yaşılımtıl çalarlı olub, 6-7 sm uzunluqdadır. Aprel-may aylarında çiçək açır. Meyvəsi qutucuqdur, sentyabr-oktyabrda yetışir. Tozlandırıldıqda meyvə əmələ gətirir. Kökdən əmələ gələn pöhrələrlə, toxumlarla, kök zoğları, gövdə və kök qələmləri ilə çoxaldılır.

Ekologiyası

Soyuğa, istiyə, quraqlığa davamlıdır. Torpağa tələbkar deyil, hətta qumda bitir. Çox güclü şaxtalarda məhv olur və ya onların mərkəzi tumurcuğu donur və bunun nəticəsində bitki yeraltı stolonlarına görə bərpa olunur və iri kollar əvəzinə bir neçə birillik bitki əmələ gəlir.

Azərbaycanda yayılması

2003-cü ildə Mərdəkan dendrarisində introduksiya edilmişdir. Azərbaycanda Lənkəran zonasında, Abşeronda, Gəncədə və bəzi başqa yerlərdə mədəni şəraitdə becərilir.

İstifadəsi

Xüsusilə çiçəkləmə dövründə çox dekorativ bitkidir.

Məlumat mənbəsi

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 319.
  2. Illustrated Handbook of Succulent Plants: Monocotyledons. / red. U. Eggli, R. Nyffeler 2 2020. S. 391. ISBN 978-3-662-56486-8 doi:10.1007/978-3-662-56486-8