Şərqi Avropada narıncı qar (2018)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şərqi Avropada narıncı qar2018-ci ilin martında baş vermiş anomal fenomen.[1]

Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, RumıniyaMoldovadan paylaşılıb.[1]

Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağışqarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.[1]

Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub.[1]

Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub.[1]

İstinadlar

  1. 1 2 3 4 5 ""Narıncı qar" şərqi avropalıları çaşqın vəziyyətə salıb". BBC Azərbaycan (az.). 26 mart 2018. İstifadə tarixi: 27 mart 2018.