Bolqarıstan (bolq. България), rəsmi adı Bolqarıstan Respublikası (bolq. Република България) — Avropa ölkəsi və Avropa İttifaqı, Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) üzvüdür.
Bolqarıstan | |||||
---|---|---|---|---|---|
Република България Republika Bǎlgarija | |||||
| |||||
Съединението прави силата | |||||
Himn: Мила Родино |
|||||
Tarixi | |||||
• Müstəqillik | 3 mart 1878 | ||||
• Aİ-yə qəbul | 2007 | ||||
Rəsmi dilləri | |||||
Paytaxt | Sofiya | ||||
İdarəetmə forması | Parlament respublikası | ||||
Prezident | Rumen Radev (Румен Радев) 22.I.2017 | ||||
Baş nazir | Dimitar Glavchev (Димитър Главчев) 9.IV.2024 | ||||
Sahəsi | Dünyada 105-ci | ||||
• Ümumi | 110879 km² | ||||
• Su sahəsi (%) | 0,3 | ||||
Əhalisi | |||||
• Əhali | 7 400 min nəfər (104-cü) | ||||
• Siyahıyaalma (2011) | 7 351 234 nəf. | ||||
• Sıxlıq | 67 nəf./km² (124-cü) | ||||
ÜDM (AQP) | |||||
• Ümumi | 128,6 milyard dollar (78-ci) | ||||
• Adambaşına | 17 900 dollar (93-cü) | ||||
ÜDM (nominal) | |||||
• Ümumi (2010) | 44,843 milyard dollar (68-ci) | ||||
• Adambaşına | $5.955 dollar (68-ci) | ||||
İİİ (2013) | 0.782 | ||||
Valyuta | Bolqarıstan levi | ||||
İnternet domeni | .bg | ||||
ISO kodu | BG | ||||
BOK kodu | BUL | ||||
Telefon kodu | +359 | ||||
Saat qurşaqları | |||||
Nəqliyyatın yönü | sağ[d][2] | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Beş ölkə ilə – şimaldan Rumıniya, qərbdən Serbiya və Şimali Makedoniya, cənubdan Yunanıstan və Türkiyə ilə həmsərhəddir.
Bolqarıstanda yerli idarəetmələr, bölgə, şəhər tipli qəsəbə (district) və bələdiyyələrdir. 1991-ci ildə qurulan şəhər tipli qəsəbələr hələ ki, qurulma mərhələsini tamamlamamışdır.
Hal-hazırda Bolqarıstanda 9 bölgə və 255 bələdiyyə vardır.
XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə Bulğarstan (بولغارستان ) adlandırılmışdır.[3]
Bolqarıstan Milli Statistika İnstitutunun 31 dekabr 2011-ci ilə olan məlumatına əsasən ölkə əhalisi 7,327,224 nəfərdir .[4]
Etnik qruplar | 2001 sa.[5][6][7] | 2011 sa.[8][9] |
---|---|---|
cəmi | 7,928,901 | 7,364,570 |
bolqar | 6,655,210 | 5,664,624 |
türk | 746,664 | 588,318 |
qaraçı | 370,908 | 325,343 |
rus | 15,595 | 9,978 |
erməni | 10,832 | 6,552 |
arumın | 10,566 | 3,684 |
makedoniyalı | 5,071 | 1,654 |
qaraqaçan | 4,107 | 2,556 |
yunan | 3,408 | 1,379 |
ukraynalı | 2,489 | 1,789 |
yəhudi | 1,363 | 1,162 |
rumın | 1,088 | 891 |
krım tatarı | 1,803 | * |
qaqauz | 540 | * |
digər | 16,449 | 19,659* |
m.g. | 86,915 | 53,391 |
2001-ci il əhali siyahıyaalınmasına əsasən pomaklar etnik anlamda bolqar olaraq siyahıya alınmışdırlar. Saylarının siyahıyaalmaya əsasən 131,531 nəfər olduğu məlum olmuşdur. Ancaq qeyri-rəsmi təxminlərə əsasən siyahıyaalınma zamanı pomaqların sayı təxminən 160,000–240,000 nəfər arasında olmuşdur.[10]
Türk əsilli tayfaların Bolqarıstan Respublikasının ərazisində məskunlaşması tarixi təxminən III əsrin sonu IV əsrin əvvəllərində başlanmış və Osmanlı İmperiyasının Bolqarıstanın ərazisinin fəthinədək davam etmişdir .
# | Bölgənin adı | Əhalisi | Ərazisi (kv. km) | Sıxlıq |
---|---|---|---|---|
1 | Sofiya şəhəri | 1.220.196 | 1.241.5 | 983.4 |
2 | Burqaz | 878.145 | 14.659.7 | 59.7 |
3 | Varna | 991.901 | 11.927.8 | 83.0 |
4 | Loveç | 1.048.025 | 15.150.0 | 69.0 |
5 | Montana | 653.285 | 10.622.0 | 61.7 |
6 | Plovdiv | 1.289.991 | 13.625.2 | 94.5 |
7 | Ruse | 835.713 | 10.838.2 | 77.8 |
8 | Sofiya | 1.003.761 | 19.100.4 | 52.9 |
9 | Haskovo | 1.055.010 | 13.897.0 | 76.0 |
10 | Cəmi | 8.976.027 | 110.618 | 80.8 |
Bolqar xalqının etnonimindən.
Bolqarıstan beş əsr ərzində Osmanlı imperiyasına daxil olub. Buna baxmayaraq, bütün bu dövr ərzində Bolqarıstanda pravoslav ənənələri güclü olub.
Birinci dünya müharibəsində Almaniya imperiyası tərəfində döyüşən Bolqarıstanın vəziyyəti müharibədəki məğlubiyyətdən sonra daha da pisləşdi. 1919-cu ilin əvvəli üçün ölkədəki 300 iri sənaye müəssisəsindən ancaq 74-ü işləyirdi. 1919-cu ilin avqustunda və 1920-ci ilin martında keçirilən seçkilərdə Bolqarıstan Xalq Əkinçilik İttifaqı (BXƏİ) və Bolqarıstan Kommunist partiyası (tesnyaklar) qələbə qazandılar. BXƏİ lideri A. Stanboliyskinin başçılığı ilə hökumət təşkil olundu. Hökumət bir sıra demokratik islahatlar keçirdi. 1922-ci ildə Bolqarıstanda Xalq Anlaşması və Hərbi cəmiyyət kimi faşist təşkilatları meydana gəldi. Onlar 1923-cü ilin iyununda dövlət çevrilişi edərək Stanboliyski hökumətini devirdilər. Onun özü faşistlər tərəfindən vəhşicəsinə öldürüldü. Ölkədə faşist diktaturası yaradıldı. 1931-ci ildə Xalq Məclisinə keçirilən seçkilərdə müxalifətdə olan burjua partiyalarının təşkil etdiyi Xalq bloku qələbə qazandı. Malinovun başçılığı ilə onların nümayəndələrindən ibarət koalisyon hökumət yaradıldı. Hökumətdə əsas rolu vaxtilə faşist çevrilişində iştirak etmiş Demokratik partiya oynayırdı. 1932-ci ildə faşist tipli yeni Nasional-Sosialist Hərəkat partiyası və Zveno təşkilatları meydana gəldi. 1934-cü ilin mayında K. Georgiyevin Zveno qrupu tərəfindən dövlət çevrilişi edildi. 1935-ci ildə təşkil olunmuş yeni dövlət çevrilişi nəticəsində İtaliya kralının qızı ilə evlənmiş çar Boris hakimiyyətə gəldi. Beləliklə, Bolqarıstanda monarxist faşist diktaturası bərqərar oldu. Faşist Almaniyasının və İtalyanın köməyi ilə ölkədə sürətli silahlanma başlandı. İkinci dünya müharibəsindən sonra, Bolqarıstan demək olar ki, yarım əsr Sovet İttifaqının əlaltısına çevrildi. Ölkənin 2004-cü il mart ayında NATO-ya daxil olması Qərb dünyasına inteqrasiya yolunda Bolqarıstanın ən böyük uğuru oldu.
Kommunizmin dağılmasından sonra Bolqarıstanın demokratiya və bazar iqtisadiyyatına keçidi asan olmadı. 90-cı illərin birinci yarısında siyasi qeyri-stabillik və tətillər davam etdi. Öz partiyalarının adını sosialist kimi dəyişdirən kommunistlər yenə də böyük təsirə malik idilər. 90-cı illərin ikinci yarısında isə ölkədə daha çox stabillik, iqtisadi islahatların həyata keçirilməsində inkişafın hiss edilməsi müşahidə olunub. 2001–2005-ci illər arasında baş nazir vəzifəsini keçmiş çar II Simeon tutanda, ölkə iqtisadiyyatını Avropa Birliyi meyarlarına uyğunlaşdırmaq məqsədilə aktiv bazar islahatları keçirdi. Nəticədə, Bolqarıstan inflyasiyanın və həmin vaxta qədər 20 faizə çatan işsizliyin azalması ilə iqtisadi inkişafa nail oldu. Buna baxmayaraq, əhalinin həyat səviyyəsi və gəliri hələ də aşağı olaraq qalır. 2004-cü ildə Bolqarıstan Avropa Birliyinə (AB) namizədlər arasına düşmədi, amma artıq 2005-ci ilin aprel ayında ölkə birliyə daxil olmaq barədə müqavilə imzaladı və 2007-ci il yanvarın 1-dən Avropa Birliyinin tərkibinə daxil olması ilə əlaqədar razılıq əldə etdi.
1. Demokratik Qüvvələr İttifaqı – DQİ (1989) sədr: N. Mixaylova;
8 vilayətdən ibarətdir. Vilayətlər icmalara bölünür.
İllik hərbi xərclər 356 mln. dol. (2002)
İxracat
Maşınqayırma məhsulları, ərzaq məhsulları, çaxır, tütün, yanacaq, xammal, ayaqqabı, dəmir.
İdxal
Enerji daşıyıcıları, avtomobilılər, xalq istehlakı malları.
2001-ci il siyahıya almasının yekunlarına əsasən Bolqarıstanda 96 dini cərəyan qeydə alınmışdır .[6]
Dini cərəyanlar | Say, 2001 s.a.[6] | Say, 2011 s.a.[11] |
---|---|---|
Toplam | 7 928 901 | 7 364 570 |
Pravoslav xristianlar | 6 552 751 | 4 374 135 |
Katolik xristianlar | 43 811 | 48 945 |
Protestant xristianlar | 42 308 | 64 476 |
Qriqoryan xristianlar | 6 500 | 1 715 |
Müsəlmanlar | 913 957 | 546 004 |
Qızılbaş müsəlmanlar | 53 021 | 27 407 |
Digər müsəlmanlar | * | 3 728 |
Buddistlər | 1 042 | * |
İudaistlər | 653 | 706 |
Digər | 314 858* | * |