Şəxsi kitabxana

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şəxsi kitabxana — bir şəxs tərəfindən əsasən öz istifadəsi üçün yaradılmış kitabxana. Şəxsi kitabxanalar həcm etibarilə digər tip kitabxanalardan bir necə dəfə kiçik olur və kitabların çeşidi həmin şəxsi maraq dairəsi ilə məhdudlaşır.

Tarixi

Tarixdə məlum olan ilkin şəxsi kitabxanalar məbədlərin və elm mərkəzlərinin daxilində yerləşirdi. Şəxsi kitabxana sahibi olan şəxslər bir mənalı şəkildə yüksək təbəqənin nümayəndələri idilər. Tarixə məlum olan ilk şəxsi kitabxana Assuriya hökmdarı Aşşurbanipala aid olmuşdur. Nineviya şəhərində yerləşən həmin kitabxanada hökmdarı maraqlandıran müxtəlif tipli kitablar saxlanılırdı.