Şahənd gəvəni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şahənd gəvəni
Elmi təsnifat
Beynəlxalq elmi adı

Şahənd gəvəni (lat. Astragalus sahendi) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Təbii yayılması

İlk dəfə İranın Şahənd dağında təsvir edilmişdir.

Botaniki təsviri

Yerəyatan, sıx budaqlı yarımkoldur. İllik budaqları sarımtıldır. Yarpaq oxu tikanlıdır. Yarpaqları 5-7 cüt, dəyirmi və uzunsov, yarpaqcıqları 8 mm-ə qədər uzunluqdadır. Paxlası 1 sm, uzunsov, biryuvalıdır. May ayında çiçəkləyir, meyvəsi iyunda yetişir.

Ekologiyası

Orta dağ qurşağında, quru və çılpaq yamaclarda bitir.

Azərbaycanda yayılması

Kiçik Qafqazda, dənizkənarı ərazilərdə, orta dağ qurşağında, daşlıqlarda yayılmışdır.

İstifadəsi

Təsərrüfat əhəmiyyəti müəyyən edilməmişdir və mədəni halda becərilmir. Tərkibində efir yağı vardır.

Sinonimləri

Homotipik sinonimləri

  • Tragacantha sahendi (Buhse ex Fisch.) Kuntze

Heterotipik sinonimləri

  • Astragalus ssahendii Boiss.

İstinadlar

Həmçinin bax