Şamozit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şamozit
Ümumi məlumatlar
Kateqoriya Mineral
Formul
(təkrarlanan vahid)
(Fe²⁺,Mg,Al,Fe³⁺)₆(Si,Al)₄O₁₀(OH,O)₈
Strunz təsnifatı VIII/H.23[1]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şamozit (Fe2+, Mg, Fe3+)5 Al (Si3 Al) O10 (OH,O)8 — Monoklinik sinqoniya. Rast gəlmə tezliyi şkalası: çox da tez-tez rast gəlməyən.

Növ müxtəliflikləri

Bavalit (dafnit) – mineralın maqnezial növ müxtəlifliyi.                              

Xassələri

Rəng – yaşılımtıl - tünd-bozdan qarayadək; Mineralın cizgisinin rəngi – yaşılımtıl-boz; Parıltı – tutqun, şüşə; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 3,0-3,4; Sərtlik – 2-3; Kövrəkdir; Ayrılma – {001} üzrə tam mükəmməl; Sınıqlar – qeyri-hamar, tikanlı; Morfologiya – mineral aqreqatları: konsentrik-zonal quruluşlu oolitlər, radial-vərəqli, bütöv sıx, bəzən torpaqvari kütlələr.

Mənşəyi və yayılması

Çökmə mənşəli süxurların tipik mineralı olaraq, gilli laterit çöküntülərində və çökmə dəmir filizi yataqlarında, habelə qumdaşlarında sement şəklində rast gəlir. Birlikdə rast gəldiyi minerallar: dəmir sulfidləri, siderit, tyüringit, kaolinit. Mineralın tapıldığı yerlər: Lotaringiya (Fransa); Şamozon (İsveçrə); Tyüringiya (Almaniya); Uralda Xəlilov yatağı, Serov, Alapayev, Ayat rayonları (Rusiya) və b. Azərbaycanda bir sıra çökmə mənşəli dəmir filizi obyektlərinin yerləşdiyi DaşkəsənŞəmkir rayonlarının titanlı-maqnetitli qumdaşlarında və Naxçıvan MR-nın boksitlərində qeyd edilir.

Tətbiqi

Kütləvi yığınları dəmir almaq üçün xammal kimi istifadə edilir.

İstinadlar

  1. Ralph J., Nikischer T., Mineralogy H. I. o. Chamosite // Mindat.org (ing.): The Mineral and Locality Database. [Keswick, VA], Coulsdon, Surrey: 2000.

Xarici keçidlər

Mənbə

  • Azərbaycan mineralları. Bakı: Nafta-Press, 2004.