Şlam

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Şlam — dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir.

Buruq şlamlar

Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma, əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər[1].

Şlam töküntüləri

Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.

Xarici keçid

Həmçinin bax

İstinad

  1. Qəribov Q. Ş. Azərbaycan respublikasının texnogen-pozulmuş torpaqlarının tədqiqi, genetik xüsusiyyətləri və onların rekulvitasiya yolları, Bakı 2003