Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Buruq — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Ərazisi 5 km² (504 ha), əhalisi 368 nəfər (2016). Etnik tərkibi: 85 % azərbaycanlı və qarışıq, 15 % talış. Adının mənası qədim talış dilində "isti yer", "güney" deməkdir. Kənddə Alihəmdəm, Qulamlı, Məcidli, Dadi, Bağırlı, Ağayarlı-Ruhullahlı və Cəfərli tayfaları yaşayır. Ağayarlı tayfasının qədim İran-Parfiya sülaləsi Mehranilərdən gəldiyi güman olunur. Kənddə tayfa münasibətləri daim gərgin olmuşdur
Buruq | |
---|---|
38°54′19″ şm. e. 48°25′11″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Lerik rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Buruq kəndi XVIII əsrdən mövcud olsa da, onun ərazisində Paleolit və Tunc dövrü məskənləri aşkar edilmişdir. Belə ki, Gilgil, Xortaxaran, Haləsər, Kalannığıl, Sığəsər, Bicar və Loçığ kimi qədim yaşayış məskənlərinin tarixi min illərlə ölçülür. Kənd ərazisindəki toponimlərin əksəriyyəti talış dilindədir.[mənbə göstərin]
Talışın orta dağlıq hissəsində yerləşən Buruq kəndi əsasən Neogen çöküntülərindən ibarət yamaclarda yerləşir. Ən hündür nöqtəsi Qızqotəpə 957 m-dir. Ərazisinin 15 %-i qiymətli Hirkan meşələri ilə örtülüdür. İqlimi mülayim-isti, rütubətlidir (600–800 mm). Çay şəbəkəsi sıxdır. Viləşin ən böyük qolu Şərətük burdan axır. Burada kiçik və gözəl dağ göllərinə rast gəlinir. Meşələrdə canavar, yenot, çaqqal, donuz, oxlu kirpi, dovşan və s, yaşayır.[mənbə göstərin]
Qədimdən əkinçi-maldar olan Buruq əhalisi hazırda yalnız maldarlıq və qismən arıçılıqla məşğuldur. Maldarlıq əsas gəlir mənbəyidir. Sovet hakimiyyəti bitincə geniş ərazilərin üzüm plantasiyaları məhv edilmiş, təsərrüfat sıradan çıxmışdır.1999-cu ilin torpaq islahatı yarımçıq aparılmışdır.[mənbə göstərin]
Lerik rayonu ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |