Şlam — dərinlik buruq qazmaları zamanı quyuların dibində və divarlarında süxurların pozulması nəticəsində yaranan dispers hissəciklərin su ilə qarışdırılmış kütləsidir.
Şlamlar adətən yerin səthində buruqlardakı qazma baltalarının və başqa hissələrinin yerin üstündə su ilə yuyulduğu zaman toplanır ki, bunlara da buruq şlamları deyilir. Bundan başqa filiz saflaşdırma, əlvan və qara metallurgiya müəssisə və zavodlarında əsas məhsul istehsalı zamanı küllü miqdarda şlamlı tullantılar da əmələ gəlir. Həmin şlam kütləsinin həcmi bir neçə on mln kub.m-ə qədər olur. Gəncə alüminium zavodunun və Sumqayıt boru-prakat zavodunun ətrafında toplanan şlamlı tullantılar buna misal ola bilər[1].
Filizin çıxarılması, saflaşdırılması və emalı zamanı maye halında olan tullantılardır.