Şlis birləşməsi

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Şlis birləşməli val və oymaq.
Şlis birləməli val və oymağın müvafiq kəsiklərə uyğun profilləri.

Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.


Növləri

Dişlərinin profilinin formasından asılı olaraq şlislər:

  • düzbucaq profilli;
  • evolvent profilli;
  • üçbucaq profilli.

olurlar.

Hazırlanması

Val üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.


Mərkəzləşdirilməsi

Şlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir:

  • yan səthinə görə;
  • daxili diametrinə görə;
  • xarici diametrinə görə.


Mənbə

Kərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.

Həmçinin bax