Şokoladlı pizza

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Braziliyada hazırlanmış şokoladlı pizza dilimi.

Şokoladlı pizzaşokoladdan istifadə edərək hazırlanan pizza çeşidi.[1] Müxtəlif stilləri və hazırlanma qaydaları mövcuddur. Şokoladlı pizza desert kimi də servis edilə bilər. Bəzi şirkətlər şokoladlı pizza hazırlamaqda ixtisaslaşıblar.

Hazırlanması

Bəzi şokoladlı pizzalar xəmirə birbaşa şokoladın əlavə edilməsi ilə hazırlanır.[2][3] Şokoladlı pizza şirin, desert yeməyi və ya əsas yemək kimi servis edilə bilər.[4][5] Şokoladlı pizza peçdə bişirilməyə qoyulmamış xəmirin üzərində şokoladın əlavə edilməsi ilə hazırlana bilər. Başqa bir variant isə bişdikdən sonra üzərinə fındığın əlavə edilməsidir.[5] Son illərdə şokoladlı pizzanın hazırlanmasında istifadə olunan inqredientlərə şəkər şirəsi, banan, çiyələk, marşmellou, şəkər dənəcikləri və ağ şokolad parçaları aiddir.[5]

Tarix

Şokoladlı pizza məktəblilərin sevdiyi iki qida növünü – pizzanışokoladı özündə birləşdirir.[6] Şokolad və pizzanın qarışdırılmasına Qərb ölkələrində paralel olaraq başlanılmış və desert kimi restoranlarda təqdim edilmişdir.

Şokoladlı pizza Sevgililər günü yeməyi kimi də tanınır.[7]

Chocolate Pizza® Chocolate Pizza Company şirkətinin qeydiyyat keçmiş əmtəə nişanıdır.

Şirkətlər

Chocolate Pizza Company ABŞ-da şokoladlı pizza bişirməkdə ixtisaslaşmış şirkətdir.[8] Şirkətin baş qərargahı Nyu-Yorkda yerləşir.[9] Chocolate Pizza® bu şirkətin qeydiyyat keçmiş əmtəə nişanıdır.

İngiltərənin Kotqreyv şəhərində yerləşən The Gourmet Chocolate Pizza Company şirkəti Belçika şokoladından pizzalar hazırlayır.[10] Bu pizzalar soyuq şəkildə desert kimi təqdim edilir.[10]

İstinadlar

  1. "Chocolate Pizza Company growing nationally". Local Syr. November 16, 2015. January 5, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  2. Lebovitz, D. The Great Book of Chocolate: The Chocolate Lover's Guide with Recipes. Potter/TenSpeed/Harmony. 2011. səh. pt-212. ISBN 978-1-60774-239-5.
  3. Hulin, B. The Everything Pizza Cookbook: 300 Crowd-Pleasing Slices of Heaven. F+W Media. 2007. səh. 192. ISBN 978-1-60550-258-8.[ölü keçid]
  4. "Jordana Brewster on Chocolate Pizza, 'Uplifting Podcasts,' and Being Well". New York. May 21, 2015. May 23, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  5. 1 2 3 "Review: Ask Italian, George Street, Oxford". Oxford Mail. 2016-01-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  6. "Three consecutive (1993, 1995, 1997) surveys of food intake, nutritional attitudes and knowledge, and lifestyle in 1000 French children, aged 9-11 years". Journal of Human Nutrition and Dietetics. 20: 241–251. doi:10.1111/j.1365-277X.2007.00773.x. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  7. "Nothing Says Valentine's Day Like Chocolate ... Pizza?". QSR Magazine. 2015-12-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  8. "Store specializes in chocolate pizza". The Herald Weekly. December 27, 2015. March 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  9. Monfiletto, Jonathan. "'Made that work': Marcellus' Chocolate Pizza Co. growing under young leader's vision". Auburn Citizen. December 10, 2015. February 25, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 fevral 2018.
  10. 1 2 "Mum's slice of success is a pizza magic". Nottingham Post. September 29, 2015. İstifadə tarixi: 5 fevral 2018.[ölü keçid]

Ədəbiyyat

Xarici keçidlər