Şokolad

Şokolad — kakao paxlasına şəkər və başqa yeyinti məhsulları qatılmaqla hazırlanan qənnadı məmulatı. Şokolad təbii və əlavəli hazırlanır. Təbii şokolad yalnız kakao paxlası və şəkərdən alınır, əlavəli şokoladın tərkibinə bunlardan başqa süd, qəhvə, qoz və s. qatılır. Şokoladın tərkibində 35-37% yağ olur. Şokolad hazırlamaq üçün kakao paxlasını təmizləyib çeşidləyir və qovurduqdan sonra xırdalayıb narın üyüdürlər. Üyüdülmüş kakaonun bir hissəsini sıxıb yağını ayırırlar. Şokolad plitka, müxtəlif fiqur, medal formasında, şokolad məmulatları isə baton və assorti konfeti şəklində buraxılır.

Şokolad
Mənşəyi
Tarixi e.ə. 1750
Tərkibi
Əsas
Şokolad
Jan Etyen Liotar. "Şokolad paylayan qız". 1745

Şokolad növləri

[redaktə | mənbəni redaktə et]
  • Qara (acı) şokolad
  • Südlü şokolad
  • Ağ şokolad
  • Qabarcıqlı şokalad
  • Diabetik şokolad

Şokoladın tarixi təxminən 3000 ildir. E.ə. 1500 il əvvəl Meksika körfəzi sahillərində yerləşən Amerikada yeni sivilizasiya meydana gəldi. İrəli sürülən fikirlərə əsasən məhz "kakao" sözü ilk dəfə olaraq onlar tərəfindən dildə "kakawa" kimi tələffüz edilərək, meydana gəlmişdir. Təxminən 1000 il bizim eradan əvvəlki dövrü özündə birləşdirən həmin tayfanın sivilizasiya nümunələrindən sayılır.

Olmeklərdən sonra meydana gələn yeni sivilizasiyanın nümayəndələri isə mayalar hesab olunurdu. Mayaların nəsilləri 1000 il bizim eradan əvvəl Qvatamelanın şimal hissəsində bilinməyən istiqamətdən gəlmişdilər. Həmin gündən etibarən mayaların çox hissəsi Qvatamelada və Meksikanın səlahiyyətində olan Çiapasda yaşayırlar. Deməli kakao həmin dövrdə çox az yerdə yayılmışdı, yoxsa tezliklə məşhur ola bilərdi. Mayalar kakao adlanan ağacdan istifadə etməyə başladılar və onlar hətta bu ada sahib olan Allaha da inanırdılar.

Təxminən bizim eradan əvvəl 250 – ci illlərdə mayaların mədəniyyətlərin inkişafı özünün klassik fazasına daxil oldu. Bizim eranın 600 – cı ilinə qədər mayalar bizə məlum olan ən böyük plantasiyaları yaratdılar. Mayaların nəhəng şəhərləri yaradılmışdı, burada onların piramidaları, qalaları və qəddar rəhbərləri var idi. Bizim eranın IX əsrinə kimi Mayaların memarlıq üslubları Yunanınstan və İtaliyanın ilkin İntibah dövrünə bənzəyirdi. Mayalar üçün şokolad ən məşhur, təntənəli və müqəddəs içki idi, bu hal yalnız onların yaşadığı dövrü deyil, o dünyanı da özündə birləşdirirdi.

Əlbəttə düşünmək olar ki, yəqin mayalar yalnız bir növ hazırlanmış şokolad içkisini tanıyırdılar. Onların çox yaxşı hazırlanmış metdoları var idi və şokolad içkisi üçün müxtəlif üsullardan, əlavələrdən və komponentlərdən istifadə edirdilər. Mayaların mədəniyyətini öyrənən dilçi mütəxəssizlər xüsusi rol oynayan müəyyən frazaların üzərində işləyirlər. Buna misal olaraq "witik cacao" və "cacao kox" deyimləri aiddir, lakin böyük təssüflər olsun ki, bu sözlərin mənası hələ də açılmamışdır. Digər əlavələrdən biri də "piment" adlanır və mayalar bundan çox istifadə edirdilər. Bir çox kitablarda həmin söz istiot kimi tərcümə edilmişdir, lakin bu düzgün deyil. Bu sözün əsl mənası "mixək ağacı" hesab olunur. İstiot isə həmin dövrdən İspaniyanın zəbt olunmasına qədər məlum olmamışdır.

Bizim eranın IX əsrdən sonra mayaların klassik mədəniyyəti məhv olmağa başladı və bizim eranın 1000 – ci ilində mayaların yerinə tolteklər gəldi. Lakin həmin bu mədəniyyət XII əsrdə daxili çəkişmələr və mübahisəli danışıqlar nəticəsində məhv edildi. 1200 – ci ildən sonra Meksika və onun ətrafı hissələrdə asteklər rəhbərliyi ələ aldılar. Onların sivilizasiyaları 1521 – ci ilə kimi yəni ispanların həmin əıraziləri zəbt etməsinə qədər ömür sürdü.

Bir çox kitablarda yazılan fikirlərə əsasən elə ilk dəfə asteklər kakao ağaclarını kəsmiş və ondan şokolad içkisini yaratmışlar. Əlbəttə bir çox mübahisələrdən sonra bunun tamamilə yalnız fikir olması dəqiqləşdirildi. Lakin Yeni dünyada asteklər şokolad içkisinin daha da yayılmasında mühüm əhəmiyyət kəsb edən insanlardan birinə çevrildi. Astek əfsanələrində deyilir ki, kakao bitkisi bizə Cənnətdən göndərilmişdir və kakao ağacından güc və mərdlik təzahür edir. Xəritələrin çox hissəsində 1519 – cu ilə aid edilən astek imperiyasına məxsus torpaqlar əks olunur və həmin ərazilər ispanlar tərəindən məhv edilmişdir. Bu bölgələrdən ən vacibi Xoconochco ərazisi olmuşdur və buranı asteklər 1486 – 1502 ci illərdə aşkarlamışlar. Bu asteklər üçün ən yaxşı plantasiyalar sahib olmaq imkanı qazandırdı. Xoconocho vilayəti asteklərə aid edilən imperiya hissəsindən kənarda yerləşirdi və məhz buna görə də bir çox ticarətçilər kakaonun asteklərin paytaxt şəhəri olan Tenochtitlan şəhərinə daşınmasında böyük rol oynayırdı. Kakao – paxlaları astek imperiyası üçün pul mənasını kəsb edirdi. Burada kral imperiyasının anbarlarda xüsusən qoruduğu kakao – paxlaları var idi. Kakaonun bir kisəsi hansı ki, ticarətçilər bir – birinə gətirirdi, onlar təxminən 24 000 kakao dənəsindən ibarət olurdu. Bu üç "xipuipillis" adlandırılırdı.

Bir çox mənbələrdən əldə edilmiş məlumatlara əsasən Nezahualcoyotl sarayında hər gün 4 xipuipillis yığılırdı. Bu il ərzində 486 kisədən artıq edirdi. Bütünlükdə məbləğ Montesumada olan kakao maliyyəsindən əldə edilmiş pula görə heç nə idi. Bu tanınmış astek imperatorlarından birinin dövrünə aid edilirdi. Deyilənə görə həmin dövrdə 4000 – dən artıq kakao kisəsi əldə edilirmiş. Bu fakt təsdiq edilməsə də həmin anbarın təxminən bu qədər kakao tutduğu da məlumdur. Mayalar şokoladdan hazırlanmış bu içkini "xocolatl", asteklər isə "cacahuatl" adlandırırdı. Meksika hindularının dilində olan şokolad sözü "choco" yəni içki və "alt" yəni su sözlərinin birləşməsindən meydana gəlmişdir. Sözün bu mənanı ifadə etməsi bəlkə də onun əvvəllər içki kimi istifadə olunması ilə əlaqədardır.

Deyilənə görə Xristofor Kolumb kakao – paxlalarını kral Ferdinanda özünün Yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin heç kim Kolumb tərəfindən gətirilən bu qiymətli bitkilərin mənasını dərk edə bilmədi. Kolumdan sonrakı 100 il ərzində şokolad Avropada da meydana gəldi. Bir girvəngəsi 10 – 15 şillinqə satılırdı və şokolad içkisi yüksək nümayəndələrə aid edilirdi. XVI əsrdə ispan tarxiçilərindən Oviedo yazırdı; "Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi. Bütün ölkələrdə kakao – paxlalarını valyuta kimi istifadə edirdilər. 100 kakao toxumuna həmin vaxt bir yaxşı kölə almaq mümkün idi.!"

Şokolad həmçinin müalicəvi ünsür kimi də istifadə edilirdi. Xristofer Lyudviq Xoffman şokoladı bir çox xəstəliklərin müalicəsi üçün insanlara məsləhət görürdü. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun daxilinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesefik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674–cü ildə şokoladdan ruletlərin və pirojnaların içində istifadə etməyə baladılar. Bu dövr "yeyilə bilmə" müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları tək içmirdilər, hətta yemək də olurdu.

Avropaya aparıldıqdan sonra kakao ilk əvvəl kilsəyə və kralın sarayına düşür, burada saray qadınları tərəfindən xüsusən sevilir. İspaniyadan "kcokolatl" Avropanın digər bölgələrinə də yayılır və nəticədə meksikalılardan fərqli olaraq tərkibinə şəkər tozu, həmçinin vanil də əlavə edilir. Alman imperatoru olan V Karl kakaonun maliyyə nəticələrini öyrəndikdən sonra bu məhsul üzrə monopoliya elan edərək, yalnız özünün əlində cəmlənməsini tələb edir. Lakin XVII əsrdə qaçaqmalçılıq yolu ilə bu məhsul Niderlanda gətirilir. İlk dəfə şokoldaın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. İngiltərədə "Chocolate Houses" kofe və çay salonlarından daha çox insanı cəlb edir və müştəi axınına uğrayır. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yayarıdıcısı hesab olunur.

ABŞ-də şokoladdan uca bir bina tikilib. 6,5 metr uzunluğundakı bina görənlərin iştahını artırır. ABŞ-nin göydələnləri ilə məşhur Nyu-York şəhərində ucalan bu bina digərlərindən dadlı olması ilə fərqlənir.Çünki 6.5 metr uzunluğundakı bina saf şokoladdan hazırlanıb.Tikilinin memarı fransız aşpaz Alain Roby 1036 kiloqram qara şokoladdan istifadə etməklə düzəltdiyi bu heykəllə daha bir rekorda imza atıb. 30 saata tikilən bina Ginnesin kitabına adını yazdırıb. Roby arxitekturada heç bir məşhur binanın görünüşündən istifadə etmədiyini bildirib.Maraq dolu dünyada sevimli şirniyyatdan bina hazırlamaqdan da qəribə onun necə yeyilməsidir. Buna insanların hobbisi kimi baxılsa da, əslində tarixdə sevimli içkilərindın fontan hazırlayanlara da rast gəlmək olur.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]