Belçika şokoladı

Belçika şokoladı — Belçika şokoladı dünyada ən çox tanınan və satılan şokoladlardandır. Belçika şokalad muzeyləri ilə də məşhurdur.

Ümumi məlumat[redaktə | mənbəni redaktə et]

17-ci əsrdə indi tanıdığımız Belçika ispanların idarəsi altında idi. Bu dövrdə İspan idarəsinin başqa yerlərində olduğu kimi belçikalılar da ilk dəfə şokolad içkisi içirlər. Şokolad hələ bizim tanıdığımız formada deyildi.

Chocolate Orange candy opened.

19-cu əsrin birinci yarısında isə şokoladı pressləməyi və ondan bərk formalar almağı öyrənirlər. Beləcə şokoladdan tabletlər və fiqurlar hazırlayırlar. Bu dövrdə Belçikada şokolad hazırlayıb satan yerlər — chocolatier açılır ki, sonradan bir çoxu bu gün də mövcud olan böyük şokolad kompaniyalarına çevrilirlər.

19-cu əsrdin ikinci yarısında Belçika Konqonu (Afrika) kolonizə edir və ölkənin geniş kakao plantasiyalarına sahib olur. Beləcə Belçikada şokolad daha da geniş yer alır və Belçika şokoladı məşhurlaşır. Məhz bu dövrdə şokoladın tərkibini requlyasiya edən qanunlar yaranır. Çünki, bildiyimiz kimi şokoladın tərkibindəki kakao yağlarını daha ucuz və keyfiyyətsiz yağlara dəyişmək mümkündür. Belçika şokoladının tərkibi isə 100%-lik kakao yağıdır.

20-ci əsrin birinci yarısında Belçika bu gün də qürur duyduğu şokolad kəşflərini edir. 1912-ci ildə pralin, içi yumşaq substansiya ilə doldurulmuş şokolad kəşf olunur. Daha sonra ilk ballotin, pralinlərin qoyulduğu qutu icad edilir. Hətta şokolad batonlarını və yaxmaq üçün şokolad yağını da belçikalıların kəşf etdiyini deyirlər.

Belçika şokolad istehsalı iqtisaydiyatının əsas sənayelərindən biridir. Belçika şokoladı turistlərin aldığı və qonaqların gətirdiyi sovqatlardandır. Dünyanın ən böyük şokolad zavodu Belçikanın Wieze şəhərciyində yerləşir (Roald Dahl-ın Çarli və Şokolad Zavodu əsərini yazır). Bundan başqa dünyanın ilk şokolad akademiyasının Wieze-də açıldığı deyilir.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]