Əbu Bəkr əl-Cəssas

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbu Bəkr əl-Cəssas
Doğum tarixi 917, 918 və ya 917
Doğum yeri
Vəfat tarixi 981 və ya 12 iyun 981
Vəfat yeri
Elm sahələri İslam etiqad məzhəbləri[d], fiqh, təfsir

Əbu Bəkr Əhməd ibn Əli Ər-Razi (ərəb. ابو بكر أحمد بن علي الجصاص‎), əl-Cəssas (ərəb. الجصاص‎), (917, 918 və ya 917, Rey981 və ya 12 iyun 981, Bağdad) — İslam ilahiyyatçısı, 10-cu əsr Hənəfi məzhəbinin hüquqşünası[1].

Bioqrafiya

Onun həyatı haqqında çox az şey məlumdur. O, Reydə (müasir İran) anadan olub, ona görə də ləqəbi “ər-Razi”dir. 937-ci ildə elm dalınca Bağdada gəlir. O, fiqh, hədisşünaslıq, təfsir, ərəb dili və s. öyrənmişdir. Əl-Cəssasa təsir edən müəllimlər arasında Əbul-l-Həsən əl-Kərhi xüsusilə seçilir. Əl-Xətib əl-Bağdadiyə görə, əl-Cəssas hicri 331-ci ildə (942) Bağdadda vəfat etmişdir.

Əl-Cəssas Ədəb əl-Qadi ədəbiyyatında mühüm bir əsər, hakimin (qadi) davranış qaydalarına dair şərhçi kimi tanınır. O, əsasən əl-Həsəfin[2] “Kitab Şərh Ədəb əl-Qadi li-l-Hassaf” adlı kitabının şərhçisi kimi tanınır[3]. Tillerin fikrincə, orijinal əsər və onun təfsiri indi "bir-birindən demək olar ki, ayrılmayıb: əl-Həsəfin orijinal mətni əl-Cəssasın şərhinə daxil edilib".

Əl-Cəssas həm də Quran təfsirinə dair “Əhkamül-Quran” əsərinin müəllifidir.

Ədəbiyyat

  • Peter C. Hennigan: «al-Khaṣṣāf (d. 261/874)», in: Oussama Arabi, David Stephan Powers, Susan Ann Spectorsky: Islamic Legal Thought. A Compendium of Muslim Jurists Brill Academic Pub, 2013, ISBN 9789004254527
  • Mathieu Tillier: Women before the qāḍī under the AbbasidsArxivləşdirilib 2022-03-07 at the Wayback Machine, Islamic Law and Society, Vol. 16 (2009)
  • Peter C Hennigan: The birth of a legal institution : the formation of the waqf in third-century A.H. Ḥanafī legal discourse. 2003
  • Ādāb al-Qāḍī: Islamic legal and judicial system. Aḥmad ibn ʻUmar Khaṣṣāf; ʻUmar ibn ʻAbd al-ʻAzīz Ṣadr al-Shahīd; Munir Ahmad Mughal

Nəşirləri

  • Al-Khaṣṣāf, Adab al-qāḍī, ed. Farḥāt Ziyāda (Cairo: American University in Cairo Press, 1978)
  • A ninth century treatise on the law of trusts : being a translation of Al-Khas̤s̤āf, Ahkām al-Waqūf / translated and edited by Gilbert Paul Verbit. [Philadelphia] : Xlibris, 2008; ISBN 978-1-4363-2103-7
  • Abubakar Ahmad Ibn ‘Amr al-Khassaf, Kitab Ahkam al-Awqaf (Cairo: Diwan ‘Umum al-Awqaf al-Misriyyah, 1904)
  • Aḥkām al-Qur’ān, Beirut, Libanon: Dār al-Iḥyā’ al-Turāth, 1984
  • Aḥkām al-qurʾān. Beirut: Dār al-Kutub al-ʿIlmīya, 1994

İstinadlar

  1. Jonathan A.C. Brown (2007), The Canonization of al-Bukhārī and Muslim: The Formation and Function of the Sunnī Ḥadīth Canon, p.151. Brill Publishers. ISBN 9789004158399.
  2. Mathieu Tillier: Women before the qāḍī under the Abbasids Arxivləşdirilib 2022-03-07 at the Wayback Machine (2009:281): «In fact, these two works can hardly be separated: al-Khaṣṣāf ’s original text is included in al-Jaṣṣāṣ’s commentary».
  3. Dieses wurde von Gilbert Paul Verbit ins Englische übersetzt (2008).

Xarici keçidlər