Əbubəkr mirzə Dərbəndi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əbubəkr ibn Bürhan Əli
Şirvanşahlar dövlətinin 44. hökmdarı olmağa iddiaçı
1578 – 1583
ƏvvəlkiKavus mirzə Dərbəndi
SonrakıSülalənin sonu
Şəxsi məlumatlar
Doğum tarixi təxm. 1550
Vəfat tarixi
Atası Bürhan Əli
Həyat yoldaşı I Dövlət Gərayın qızı
Dini Sünni İslam

Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı.

Uşaqlığı

Bürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır.

Taxta iddiası

1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir.[1]

Ailəsi

Bürhan Əli adlı bir oğlu olmuşdur.

İstinadlar

  1. Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135–136