Birinci Qarabağ müharibəsi şəhidləri (Y)

Vikipediya saytından
(Əfqan Yəhyayev səhifəsindən istiqamətləndirilmişdir)
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

Siyahı

S/S
Şəhid
Rütbəsi
SQ
Qısa tərcümeyi-halı
1.
Yəhyayev Əfqan Hacıağa oğlu
əsgər
30 oktyabr 1972-ci ildə Xaçmaz rayonu Çiləgir (Xaçmaz) kəndində anadan olub. Ailədə 5 qardaş və 1 bacı ümumlikdə 6 uşaq olmuşdular. Ailədə yaşca ən böyük uşaq Əfqan olmuşdur. 1-ci sinifdən 8-ci sinifə kimi Çiləgir kənd məktəbində, 9 və 10-cu sinifləri Nərəcan kənd orta məktəbində təhsil almışdır. 1991-ci il fevral ayında 1-ci Qarabağ müharibəsinə könüllü olaraq qatılmışdır.7 oktyabr 1992-ci ildə Xocəvənd rayonu Kuropatkino kəndi uğrunda gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olub. Xaçmaz rayonu Çiləgir kənd qəbiristanlığında dəfn olunmuşdur. Subay idi. 5 dekabr 2011-ci ildə Əfqan Yəhyayevin şəhid olduğu ərazidə Xocavənd Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə xatirə kompleksi yaradılıb.[1] Azərbaycan Respublikası Nazirlər kabinetinin qərarına əsasən Xaçmaz rayon Çiləgir kənd tam orta məktəbinə Əfqan Yəhyayevin adı verilib.

İstinadlar