Kuropatkino — Azərbaycan Respublikasının Xocavənd rayonunun Kuropatkino kənd inzibati ərazi dairəsində kənd.[2] 2 oktyabr 1992-ci ildən 10 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Kuropatkino kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində yenidən Azərbaycan Respublikasının suverenliyinə qayıtmışdır.
Kuropatkino | |
---|---|
39°50′09″ şm. e. 47°09′42″ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 265 m |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi |
|
Vikianbarda əlaqəli mediafayllar |
1960-cı illərdə vilayətin millətçi erməni rəhbər orqanları kəndin adını yaşayış məntəqələrinin rəsmi siyahısından çıxarıb, onu keçmış Martuni (Xocavənd) qəsəbəsi ilə birləşdirmışdilər. Yaşayış məntəqəsinə 1990-cı ildə yenidən kənd statusu verilib və yaşayış məntəqələrinin rəsmi siyahısına daxil edilmişdir. Yerli əhalinin məlumatına görə, kənd bu ərazidə coxlu kəklik quşu (rus. kuropatka) olduğuna görə belə adlandırılmışdır. Bəziləri toponimi Kuropatkin rus familiyası ilə bağlayırlar.[3]
Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır.
Kənd dağətəyi ərazidə yerləşir.
İl | Daimi əhali | Kişilər | Qadınlar |
---|---|---|---|
1999[4] | XXXX | XXXX | XXXX |
2009[5] | ↗XXXX | ↗XXXX | ↗XXXX |
Kənddə mədəniyyət müəssisəsi mövcud deyil.
Kənddə təhsil müəssisəsi mövcud deyil.
Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Kənddə səhiyyə müəssisəsi mövcud deyil.