Əhməd Muxtarov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əhməd Muxtarov
bayraq
Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı
bayraq2
29 mart 2006 – 4 dekabr 2019
ƏvvəlkiFirudin Babayev
SonrakıRüstəm Xəlilov
Şəxsi məlumatlar
Doğum tarixi 5 fevral 1951(1951-02-05) (73 yaş)
Doğum yeri
Təhsili

Əhməd Kərəm oğlu Muxtarov (5 fevral 1951, Malbinəsi, Yevlax rayonu) — Hacıqabul rayonu İcra Hakimiyyətinin başçısı.

Həyatı

Ə. Muxtarov 05 fevral 1951-ci ildə Yevlax rayonu Malbinəsi kəndində anadan olub. 1967-ci ildə Yevlax rayonunun Malbinəsi kənd orta məktəbini bitirmişdir. 1968-ci ilin yanvar ayından 1968-ci ilin sentyabr ayına kimi Yevlax Neftbazasında operator işləmişdir. 1968-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun əyani şöbəsinə daxil olmuş və 1972-ci ildə həmin institutun uçot-iqtisad fakültəsini bitirmişdir. 1972-ci ilin sentyabr ayından 1972-ci ilin noyabr ayına kimi Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib vəzifəsində işləmişdir. 1972-ci ilin noyabr ayından 1973-cü ilin noyabr ayına kimi Sovet ordusu sıralarında hərbi xidmətdə olmuşdur.

Siyasi-İctimai fəaliyyəti

1974-cü ildə Yevlax şəhər Qarışıq Mallar Ticarəti İdarəsinin Şəhər ictimai iaşə idarəsində mühasib, 1974–1980-ci illərdə Yevlax birləşmiş Mülkü hava dəstəsində pullu komsomol komitəsinin katibi, Yevlax şəhər komsomol komitəsində Komsomool Təşkilatları şöbəsinin müdiri, Yevlax şəhər Komsomol Komitəsinin katibi və ikinci katibi vəzifələrində işləmişdir. 1980–1981-ci illərdə Yevlax rayonunun Xaldan mal-qara kökəltmə sovxozunda azad partiya komitəsinin katibi vəzifəsində işləmişdir. 1981–1983-cü illərdə Bakı Partiya məktəbində əyani təhsil almışdır. 1983–1991-ci illərdə Yevlax rayon XDS İcraiyyə Komitəsində İcraiyyə Komitəsi sədrinin müavini – rayon plan komissiyasının sədri, 1991–1992-ci illərdə Yevlax şəhər İcra Hakimiyyətində sənaye-nəqliyyat şöbəsinin müdiri, 1992–1995-ci illərdə Yevlax şəhər Xalq Deputatları Sovetində təlimatçı, 1995–1997-ci illərdə Yevlax şəhər İcra Hakimiyyətində iqtisadçı, 1997–2000-ci illərdə Azərittifaqın Yevlax rayon İstehlak Cəmiyyəti İdarə Heyətinin sədri, 2000–2005-ci illərdə Yevlax rayon İcra Hakimiyyəti başçısının sosial-iqtisadi məsələlər üzrə müavini, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkətinin "Azərdənizneftinşaat" trestində müdir müavini vəzifəsində işləmişdir.

2006-2019-cu illərdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

İstinadlar