Qazıməmməd rayonu

Qazıməmməd rayonuAzərbaycan Sovet Sosialist Respublikasında 1939–1959-cu illərdə mövcud olmuş inzibati vahid. İnzibati mərkəzi Qazıməmməd şəhəri olmuşdur.

Qazıməmməd rayonu
Ölkə
Tarixi və coğrafiyası
Əsası qoyulub 24 yanvar 1939
Ləğv olunub 4 dekabr 1959
Sahəsi
  • 1.700 km²
Əhalisi
Əhalisi
  • 20.056 nəf. (1939)

Qazıməmməd rayonu 8 oktyabr 1943-cü ildə Əli Bayramlı rayonunun 5, Şamaxı rayonunun isə 1 kənd sovetliyi hesabına yaradılmışdır.[1] Qazıməmməd rayonu 3 aprel 1952-ci ildən 23 aprel 1953-ə qədər Bakı vilayətinə daxil edilmişdir.

1947-cı il məlumatlarına görə Qazıməmməd rayonuna 1 şəhər (Qazıməmməd şəhəri), 2 şəhər tipli qəsəbə (BəndovanPirsaat) və 7 kənd sovetliyi daxil idi.

Qazıməmməd rayonu 4 dekabr 1959-cu il tarixində ləğv edilmiş, ərazisi isə Əli Bayramlı rayonuna birləşdirilmişdir.[2]

1939-cu il siyahıyalmasına görə Qazıməmməd rayonunda 20.056 nəfər yaşamışdır. Onlardan 84,1%-i azərbaycanlı, 12,7%-i isə rus olmuşdur.[3]

  1. СССР. Административно-территориальное деление союзных республик : изменения, происшедшие за время с 1/X 1938 г. по 1/III 1939 г. М.: Изд-во Ведомостей Верховного Совета РСФСР. 1939. Arxivləşdirilib 2019-07-24 at the Wayback Machine "Arxivlənmiş surət". Archived from the original on 2019-07-24. İstifadə tarixi: 2022-01-28.
  2. Азербайджанская ССР. Административно-территориальное деление на 1 января 1977 г. (6000 nüs.). Баку: Азербайджанское гос. изд-во. 1977. səh. 218.
  3. "Всесоюзная перепись населения 1939 года. Национальный состав населения районов, городов и крупных сел союзных республик СССР". Демоскоп. 2020-11-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-11-09.