Əkrəm Abdullayev

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əkrəm Abdullayev
2005 – 2010
Seçki dairəsi2005 — 59 saylı Salyan
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏliağa Hüseynov
Şəxsi məlumatlar
Doğum tarixi 23 iyun 1975(1975-06-23) (48 yaş)
Doğum yeri
Partiya
Fəaliyyəti siyasətçi

Əkrəm Kamal oğlu Abdullayev (23 iyun 1975, Salyan, Azərbaycan SSR) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı.

Həyatı

Əkrəm Abdullayev 1975-ci il iyunun 23-də Salyan şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir.

1996–2005-ci illərdə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində təlimatçı, baş təlimatçı, sektor müdiri və şöbə rəisi vəzifələrində çalışmışdır. Yeni Azərbaycan Partiyasının üzvüdür.

Evlidir, 2 övladı var.

Siyasi fəaliyyəti

2005-ci il noyabrın 6-da 59 saylı Salyan birinci seçki dairəsindən deputat seçilmişdir.

Azərbaycan-Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Qətər, Azərbaycan-Özbəkistan, Azərbaycan-Tacikistan, Azərbaycan-Tailand, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olmuşdur.

Avropa Şurasının Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü olmuşdur.

Mənbə