Əliyar Əlimirzəyev

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Əliyar Əlimirzəyev
Digər adları Elyar Əlimirzəyev
Əlyar Alimirzəyev
Doğum tarixi 4 sentyabr 1961(1961-09-04) (62 yaş)
Doğum yeri
Fəaliyyəti rəssam
Təhsili
Mükafatları "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı — 2021 "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı — 2006

Əliyar Əlimirzə oğlu Əlimirzəyev (4 sentyabr 1961, Gilah, Qusar rayonu) — Azərbaycan Respublikasının xalq rəssamı (2021).

Həyatı

Əliyar Əlimirzə oğlu Əlimirzəyev 1961-ci il sentyabrın 4-də Qusar rayonunun Gilah kəndində anadan olmuşdur. Bakıdakı 229 saylı məktəbi bitirmiş, 1977–1981-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində təhsil almışdır. 1988-ci ildən SSRİ Rəssamlar İttifaqının üzvü olmuşdur.[1][2]

Yaradıcılığı

Əliyar Əlimirzəyev ilk dəfə 1986-cı ildə "Azərbaycanın gənc rəssamları" adlı sərgidə iştirak etmiş, 1996, 2001, 2011 və 2015-ci illərdə Bakıda, 2001-ci ildə Dilidə (Şərqi Timor), 2014-cü ildə Mejevdə (Fransa), 2015-ci ildə Tbilisidə (Gürcüstan) fərdi sərgiləri keçirilmişdir. Onun əsərləri Rusiyanın Tretyakov qalereyasında, Avstriyanın Albertina qalereyasında, Danimarkanın Odense İncəsənət Muzeyində, eləcə də Rusiyanın Rusiya Rəssamlar İttifaqının, Rusiya Mədəniyyət Nazirliyinin qalereyalarında saxlanılır.[3]

2003-cü ildə Parisdə 200-ə yaxın ölkənin rəssamlarının iştirak etdiyi beynəlxalq sərgidə Əliyar Əlimirzəyevin "Fenikslər" əsəri "Qran-pri" mükafatına layiq görülmüşdür.[2] Eyni ildə o, Belqradda (Serbiya) keçirilən Beynəlxalq miniatür sərgisində 1-ci yerin sahibi olmuşdur.[3] Əliyar Əlimirzəyevə 29 dekabr 2006-cı ildə "Azərbaycan Respublikasının əməkdar rəssamı"[4], 16 oktyabr 2021-ci ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adı verilmişdir.[5]

İstinadlar

  1. "Əliyar Əlimirzəyev". nar-gallery.com. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  2. 1 2 Sədaqət Kərimova. Qusar və qusarlılar (ensiklopedik toplu). Bakı: Ziya. 2011. ISBN 978-9952-34-579-7.
  3. 1 2 "Eliar Alimirzəyev". qgallery.net. 2023-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  4. "Azərbaycan rəssamlarına Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". e-qanun.az. 2006-12-29. 2020-02-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.
  5. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". president.az. 2021-10-16. 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-30.