Ərgün Pənbə

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ərgün Pənbə
türk. Ergün Penbe
Ümumi məlumatlar
Doğum tarixi 17 may 1972(1972-05-17)[1][2] (52 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 178 sm
Mövqeyi cinah müdafiəçisi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ərgün Pənbə (17 may 1972[1][2], Zonquldak) — Türkiyə futbolçusu, futbol məşqçisi.

Klub karyerası

Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub.

"Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb.

2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb.

Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub.

Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib.

Milli komanda karyerası

Milli komanda formasını ilk dəfə Türkiyə Milli Futbol Komandası ilə Rusiya millisinin qarşılaşdığı oyunda geyinib (may, 1994). 2000-ci ilə qədər 48 dəfə milli komanda heyətində meydana çıxıb. Dünya çempionatının bürünc medalını qazanan Türkiyə millisinin heyətində yer alı.

Milli komanda statistikası

Nömrə. Tarix Milli Komanda Oyun sayı Qol sayı
1. 1992–1993 Türkiyə 21 yaşlılardan ibarət Türkiyə Milli Futbol Komandası 00100 00020
1. 1994–2006 Türkiyə Türkiyə Milli Futbol Komandası 00480 00000
Cəmi
00580 00020

Baş məşqçi karyerası

2008–2009-cu illər mövsümündə Turkcell super liqasında "Hacettepe" komandasının baş məşqçisi olub. Baş məşqçi kimi hazərladığı komanda ilk oyununu "Beşiktaş" qarşı keçirmiş və 2–3 hesabıyla məğlub olmuşdur.

2009–2010-cu illər mövsümünün II yarısında Bank Asiya 1-ci liqasının komandalarından biri olan "Mərsin İdman Yurdu" komandasına baş məşqçilik edib.

İstinadlar

  1. 1 2 Ergün Penbe // Transfermarkt (çd.). 2000.
  2. 1 2 PEMBE ERGUN // Argentine Soccer Database (isp.).

Xarici keçidlər

Həmçinin bax