Ərgün Pənbə (17 may 1972[1][2], Zonquldak) — Türkiyə futbolçusu, futbol məşqçisi.
Ərgün Pənbə | |
---|---|
türk. Ergün Penbe | |
Ümumi məlumatlar | |
Doğum tarixi | 17 may 1972[1][2] (51 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | |
Boyu | 178 sm |
Mövqeyi | cinah müdafiəçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Ərgün Pənbə ilk dəfə "Kilimlispor" komandasının heyətində forma geyinib. 1992–1994-cü illərdə "Gənclərbirliyi" komandasında çıxış edib. 1994-cü ildə "Qalatasaray"a transfer olunub.
"Gənclərbirliyi" komandasının heyətində 1 mart 1992 – 8 may 1994-cü illər arasında çıxış etdiyi 60 rəsmi oyunda 179 dəqiqə meydanda olub və 4 qol vurub. Bu komandada ilk rəsi oyununa Türkiyə futbol çempionatının 1991–1992-ci illər mövsümünündə oynanılan "Gənclərbirliyi"-"Altay" oyununda çıxıb.
2000-ci ildə UEFA kubokunun finalında "Arsenal"ın qapısına vurduğu penalti komandasının kuboku qazanmasında böyük rol oynayıb.
Bütün peşəkar futbolçu karyerası boyu cəmi 1 dəfə qırmızı vərəq alıb – 1996-cı ildə "Trabzonspor"la qarşılaşmada üst-üstə 2 sarı vərəq aldığına görə meydandan qovulub.
Qalatasarayla müqaviləsi bitdiyinə və yenilənmədiyinə görə bu komandanı tərk edərək "Qaziantepspor"da çıxış edib.
Milli komanda formasını ilk dəfə Türkiyə Milli Futbol Komandası ilə Rusiya millisinin qarşılaşdığı oyunda geyinib (may, 1994). 2000-ci ilə qədər 48 dəfə milli komanda heyətində meydana çıxıb. Dünya çempionatının bürünc medalını qazanan Türkiyə millisinin heyətində yer alı.
Nömrə. | Tarix | Milli Komanda | Oyun sayı | Qol sayı |
---|---|---|---|---|
1. | 1992–1993 | 21 yaşlılardan ibarət Türkiyə Milli Futbol Komandası | 10 | 2 |
1. | 1994–2006 | Türkiyə Milli Futbol Komandası | 48 | 0 |
58 | 2 |
2008–2009-cu illər mövsümündə Turkcell super liqasında "Hacettepe" komandasının baş məşqçisi olub. Baş məşqçi kimi hazərladığı komanda ilk oyununu "Beşiktaş" qarşı keçirmiş və 2–3 hesabıyla məğlub olmuşdur.
2009–2010-cu illər mövsümünün II yarısında Bank Asiya 1-ci liqasının komandalarından biri olan "Mərsin İdman Yurdu" komandasına baş məşqçilik edib.