Ərsin Tatar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ərsin Tatar
türk. Ersin Tatar
Vəzifədədir
18 oktyabr 2020-ci ildən
ƏvvəlkiMustafa Akıncı
Şəxsi məlumatlar
Doğum tarixi 7 sentyabr 1960(1960-09-07)[1] (63 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ersin Tatar (7 sentyabr 1960[1], Nikosiya, Nikosiya rayonu[d]) — kiprli türk iqtisadiyyatçı, siyasətçi, Şimali Kipr Türk Respublikasının prezidenti. 2018–2020-ci illər arasında Milli Birlik Partiyası başqanlığını yerinə yetirmişdir. Bundan əvvəl 2009–2013-cü illərdə maliyyə naziri olaraq çalışmışdır. 2019–2020-ci illərdə Tatar hökumətinin rəhbəri olaraq baş nazirlik etmişdir. 2020-ci il seçkilərində Milli Birlik Partiyasının namizədi olmuş və 18 oktyabr 2020-ci il tarixində keçirilən ikinci tur seçkilərində prezident seçilmişdir.[2][3]

İlk illəri və təhsili

Ersin Tatar 7 sentyabr 1960-cı ildə Kiprin paytaxtı Lefkoşada anadan olmuşdur.[4] Atası mühasib və siyasətçi Rüstəm Tatar, anası evdar xanım Canev Tatardır. Köşklüçiftlik ibtidai məktəbindən məzun olduqdan sonra 1971–1974-cü illərdə İngilis Məktəbində təhsil almışdır. 1974 Kipr Sülh Hərəkatından sonra məktəbin cənubda qalmasından sonra təhsilinə İngiltərənın London şəhərinin Forest Məktəbində davam etmişdir. Orta təhsilini də 1979-cu ildə burda bitirmişdir.[5][6] 1982-ci ildə Kembric Universitetinin İqtisadiyyat fakültəsindən məzun olmuşdur.[7] Ailəlidir və 2 övladı var.

Fəaliyyəti

İlk olaraq 1982–1986-cı illərdə Prays Vaterhaus şirkətinin İngiltərədəki mərkəzi ofisinda çalışmıdşır. Burada hesab mütəxəsisliyi təhsili almış və maliyyə müşaviri olmuşdur.[8] Daha sonra Asil Nadirin Polli Pek şirkətində maliyyə rəhbəri olaraq çalışmışdır. Nadirin mətbuat sahəsinə girməsi ilə birlikdə, Ersin Tatar 1990-cı ildə Show TV və Cine5 kanallarının qurucu rəhbərliyini etmişdir. 1991–1992-cı illərdə Ankaradakı FMC-Nurol Müdafiə Sənayesi firmasında maliyyə rəhbəri olaraq çalışmışdır. 1992–2001-ci illər arasında İstanbulda Show TV-də baş kordinatorluq vəzifəsini icra etmişdir. 1996-cı ildə Şimali Kiprin ilk özəl televiziyası olan Kanal T-ni qurdu və idarə heyəti başqanlığını icra etdi.[9] 1990-cı illərdə Doğan Harman və Hüseyn Macit Yusif ilə Kiprli jurnalını nəşr etdirdi. 2001–2003-cü illər arasında Yenicami Ağdələn klubunun rəhbərliyi etdi. 2000-ci illərdə "Xalqın Səsi" qəzetində həftəlik yazılar yazmağa başladı.

Siyasi fəaliyyəti

5 may 2009-cu ildə Şimali Kiprin maliyyə naziri kimi çalışmağa başladı. Bu dövrdə MBP katibinin müavini olaraq da çalışırdı. 2013-cü ildə hökumətin səslərinin aşağı olmasına görə Tatarın kabinetdəki vəzifəsi də sonlandı. 2018-ci ilin 18 oktyabrında edilən MB partiyasının qurultayında birinci seçildi. 31 oktyabr 2018-ci ildə MBP Qurultay Divan Heyəti tərəfindən başqan elan edildi. 2020-ci ildə prezident seçkilərində 32.5 faiz səs toplayaraq ikinci tura keçdi. Tufan Erhürmanın baş nazirliyini etdiyi CTP-HP-TDP-DP koalisiya hökumətinin istefasından sonra 14 may 2019-cu ildə MBP rəhbəri olaraq hökuməti qurma tapşırıldı.22 mayda MBP-HP koalisiya hökumətinin qurulması ilə Şimali Kiprin baş Naziri oldu. 2020-ci il prezidentliyi seçkilərində Milli Birlik Partiyasından prezidentliyə namizəd oldu. 9 oktyabr 2020 tarixində keçirilən seçkilərin ilk turunda 32.34 faiz toplayaraq birinci oldu və o dövrki prezident olan Mustafa Akıncı ilə ikinci tura keçdi. 18 oktyabr 2020-ci ildə keçirilən ikinci turda 51.74 faiz səs toplayaraq prezident seçildi.[10]

İstinadlar

  1. 1 2 http://www.kibrispostasi.com/iste-vekiller!-09012018.
  2. Evie Andreou. "Clash in north over direction of Cyprus problem". 23 May 2019. 26 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2019.
  3. "Ersin Tatar is the new leader of TRNC main opposition, the National Unity Party – T-VINE". 16 September 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 May 2019.
  4. "KKTC Cumhurbaşkanı Ersin Tatar kimdir, kaç yaşında ve nereli?". Milliyet. 18 October 2020. 19 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  5. "Ersin Tatar kimdir? Ersin Tatar'ın biyografisi". 2020-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  6. Staff, T. N. H. "Turkish-Cypriot Official Sees Brexit Helping Cyprus Reunification". The National Herald. 2020-10-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.
  7. "New Turkish Cypriot Leader Tatar Backed By Erdogan". Barron's. 18 October 2020. 20 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  8. "TRNC PM Ersin Tatar arrives in London without incident". T-Vine. 29 November 2019. 21 October 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2020.
  9. "North Cyprus News | Tatar Promotes Two-State Solution". North Cyprus News | Online News for North Cyprus. September 6, 2019. December 15, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 9, 2021.
  10. "Sibel Tatar wife Ersin Tatar candidate prime Editorial Stock Photo - Stock Image | Shutterstock". Shutterstock Editorial. 2020-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-01-09.