Ətirli doqquzdon

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ətirli doqquzdon
Elmi təsnifat
Beynəlxalq elmi adı

Ətirli doqquzdon (lat. Lonicera fragrantissima) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin doqquzdon cinsinə aid bitki növü.

Təbii yayılması

Çində yayılmışdır.

Botaniki təsviri

Boyu 2-3 m-ə çatan, çox gövdəli, dik duran koldur. Yarpaqları qışda uzun müddət budaq üzərində qalır. Çiçəkləri sarımtıl-ağ rəngli, gözəl ətirlidir. Bitki tam yarpaqlamadan əvvəl çiçəkləri diqqəti cəlb edir.

Ekologiyası

İstisevən, quraqlığadavamlı, torpağa tələbkar deyildir.

Azərbaycanda yayılması

Böyük Qafqazda və Kür-Araz ovalığında rast gəlinir.

İstifadəsi

Çox dekorativ görünüşə malikdir.

İstinadlar

Həmçinin bax