10-K forması

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.

10-K forması (ing. Form 10-K) - Bütün səhmdar cəmiyyətlər tərəfindən büdcə ili başa çatdıqdan sonra Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin illik fəaliyyəti haqqında hərtərəfli yekun hesabatdır. Adətən, 10-K forması illik hesabatdan daha çox, şirkət haqqında təfsilatlı məlumatları əks etdirən sənəd xarakterinə malikdir. Bu formada şirkətin tarixi, təşkilati strukturu, aktivləri, holdinqləri, səhmə görə qazancı, filialları və s. kimi məlumatlar əks olunur. 10-K forması büdcə ili başa çatdıqdan sonra 60 gün (əvvəl 90 gün olmuşdur) müddətində təqdim edilməlidir.[1]

İstinadlar

  1. Yerli İqtisadi İnkişaf Mərkəzi. Maliyyə Bazarı Terminlərinin İzahlı Lüğəti (PDF). Bakı: Nurlar. Yerli İqtisadi İnkişaf Mərkəzi. 2010. səh. 228-229. ISBN 978-9952-450-79-8.