10-K forması (ing. Form 10-K) — Bütün səhmdar cəmiyyətlər tərəfindən büdcə ili başa çatdıqdan sonra Qiymətli Kağızlar və Birjalar üzrə Komissiyaya təqdim edilən şirkətin illik fəaliyyəti haqqında hərtərəfli yekun hesabatdır. Adətən, 10-K forması illik hesabatdan daha çox, şirkət haqqında təfsilatlı məlumatları əks etdirən sənəd xarakterinə malikdir. Bu formada şirkətin tarixi, təşkilati strukturu, aktivləri, holdinqləri, səhmə görə qazancı, filialları və s. kimi məlumatlar əks olunur. 10-K forması büdcə ili başa çatdıqdan sonra 60 gün (əvvəl 90 gün olmuşdur) müddətində təqdim edilməlidir.[1]