1992 Azərbaycan Kuboku

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ölkə AzərbaycanAzərbaycan
Komandalar 12
Çempion İnşaatçı (Bakı)
Finalçı Kür (Mingəçevir)
Oyun sayı 11
Qol sayı 32 (oyun başına 2.91)

Futbol üzrə Azərbaycan Kuboku 1992 — Futbol üzrə Azərbaycan kubokunun ilk mövsümüdür. "İnşaatçı"(Bakı) finalda "Kür"(Mingəçevir) klubunu məğlub edərək ilk turnirin qalibi kimi tarixə düşüb.

1-ci Azərbaycan kuboku cəmi 12 komandanın iştirakı ilə baş tutmuş və hər mərhələnin duelləri bir matçdan ibarət olmuşdur. 4 cüt 1/8 finalda qarşılaşıb, növbəti mərhələdə gözləyən 4 iştirakçının rəqiblərini müəyyənləşdirməli idi. 2 birinci liqa klubunun da mübarizə apardığı, iştirakçılarından 5-nin paytaxtı təmsil etdiyi yarışın diqqətçəkən məqamlarından biri çempionatda iddialılardan sayılan "Qarabağ"ın ilk kuboka qatılmamasıdı. Turnirə gəlincə, Neftçala "Pambıqçı"sının futbolçusu Elnur Əsgərov "Nicat"la görüşdə hesabı açaraq, ölkə kuboku tarixinə ilk qolun müəllifi kimi düşüb[1].

1992-ci il Azərbaycan Kubokunda iştirak edən komandaların xəritədə yeri.

1/8 final

15 avqust 1992
Pambıqçı (Neftçala) 2 : 0 Nicat (Bakı)

15 avqust 1992
Turan Tovuz 1 : 0 Kəpəz (Gəncə)

15 avqust 1992
Xəzər (Sumqayıt) 5 : 0 Azəri (Bakı)

15 avqust 1992
Kürmük (Qax) 0 : 1 Neftçi (Bakı)

1/4 final

20 avqust 1992
Pambıqçı (Neftçala) 1 : 2 Kür (Mingəçevir)

20 avqust 1992
Tərəqqi (Bakı) 3 : 1 Turan (Tovuz)

20 avqust 1992
Xəzər (Sumqayıt) 5 : 1 Çıraqqala (Siyəzən)

20 avqust 1992
Neftçi (Bakı) 1 : 2 İnşaatçı (Bakı)

Yarımfinal

22 avqust 1992
Tərəqqi (Bakı) 0 : 2 Kür (Mingəçevir)

23 avqust 1992
İnşaatçı (Bakı) 1 : 1
11 m. 5 : 4
Xəzər (Sumqayıt)

Final

Final oyunu 29 avqust 1992-ci ildə keçirilmişdir. Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan qarşılaşmada "İnşaatçı" (Bakı) "Kür" (Mingəçevir) komandasına əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək ilk kubokun sahibi olmuşdur. Həmin qarşılaşmanı 4 min tamaşaçı izləmişdir. Oyunun baş hakimi Gülağa Cabbarov olmuşdur.

30 avqust 1992
İnşaatçı (Bakı) 2 : 1 Kür (Mingəçevir)
Qol 27' S.Quseinov
Qol 101' İ.Əliyev
Qollar Qol 83' M.Baxşıyev
Tofiq Bəhramov adına Respublika Stadionu
Tamaşaçı: 4000

İstinadlar

  1. Bir mükafatın 149 “adaxlısı” – LAYİHƏ Arxivləşdirilib 2022-04-04 at the Wayback Machine. apasport.az, 23.07.2016  (az.)

Həmçinin bax