Gülağa Cabbarov (tam adı: Gülağa Dadaş oğlu Cabarov, 25 mart 1955) — Azərbaycanlı futbol hakimi və idman xadimidir. Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədridir[1].
Gülağa Cabarov | |
---|---|
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı şəhəri |
Vəzifəsi | Azərbaycan Futbol Hakimləri İctimai Birliyinin sədri |
Gülağa Cabarov 1955-ci ildə Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olmuşdur. Gənclik illərindən futbol ilə məşğul olmuş, daha sonra futbol hakimi və idman işçisi kimi fəaliyyət göstərmişdir. O, Bədən Tərbiyəsi və İdman Akademiyasını futbol ixtisası üzrə və Azərbaycan Beynəlxalq Universitetini dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bitirmişdir. İki övladı var. Oğlu Rauf Cabarov FİFA dərəcəli beynəlxlaq futbol hakimidir.[2]
Futbol üzrə Azərbaycan SSR kubokunun 1979-cu ildə Suraxanılı komandası ilə qalibi olmuşdur. Futbol karyerasını erkən başa vurmuş, hakimliklə məşğul olmuşdur.
1982-ci ildən SSRİ-nin müxtəlif futbol liqalarında hakimlik etmiş və SSRİ Yüksək Liqasında hakim köməkçisi olmuşdur. O, əsasən ümumittifaq dərəcəli hakim Rüstəm Rəhimov ilə birlikdə hakimlik etmişdir[3]. Ümumittifaq dərəcəli futbol hakimi adına namizəd olmuşdur.
Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 107 dəfə baş hakim olmuşdur[4]. O, 1992-ci ildə ilk dəfə keçirilən Futbol üzrə Azərbaycan Kuboku yarışının final matçının baş hakimi olmuşdur.
1995-2000-ci illərdə Suraxanı rayon idman və gənclər idarəsinin rəisi.
2000-2001-cillərdə "Neftçi" İdman Sağlamlıq Mərkəzinin rəis müavini[5], Neftqaz futbol klubunun prezidenti olmuşdur.[6]
2003-cü ildə AFFA Hakimlər Komitəsinin sədri.
2001-2020-ci illərdə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin idman kafedrasının müdiri.
2008-2017-ci illərdə AFFA-nın Hakim-İnspektorlar Komitəsinin sədri vəzifəsində çalışmışdır[7].
2021-2022-ci illərdə AFFA-nın Apelyasiya və Arbitraj Tribunalının üzvü olmuşdur.[8]
Azərbaycan Premyer liqasında hakim-inspektor kimi oyunlara təyinat alır.[9]