Ağın qardaşı (film, 2012)
Ağın qardaşı | |
---|---|
Ağın qardaşı | |
Janr |
sənədli qısametrajlı bioqrafik |
Rejissor | Ruslan Mollayev |
Prodüser | Əziz Əliyev |
Ssenari müəllifi | Ruslan Mollayev |
Operatorlar |
Zaur Allahverdiyev Məmməd Vəliyev Mirəhməd Eminov Fərid Ələkbərli Fərid Şamiloğlu Emin Əhmədzadə R.X |
İstehsalçı | Mədəniyyət televiziyası |
İlk baxış tarixi | 2012 |
Filmin növü | qısametrajlı sənədli televiziya filmi |
Müddət | 42 dəq. |
Ölkələr | Azərbaycan |
Dil | azərbaycanca |
İl | 2012 |
Rəng | rəngli |
Ağın qardaşı qısametrajlı sənədli televiziya filmi rejissor Ruslan Mollayev tərəfindən 2012-ci ildə çəkilmişdir. Film Mədəniyyət televiziyasında istehsal edilmişdir. ilm Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur.
Məzmun
Film Azərbaycanın novator teatr rejissoru, "YUĞ" teatrının təsisçisi mərhum Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunur.[1]
Vaqif İbrahimoğlu 1989-cu ildən «YUĞ» Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə «YUĞ» Teatr-Studiyası dövlət statusu almışdır. O, «YUĞ» teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi. 22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi «Qızıl Dərviş» mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.[2]
Filmin üzərində işləyənlər
Ssenarist: Ruslan Mollayev
Rejissor: Ruslan Mollayev
Operator: Zaur Allahverdiyev, Məmməd Vəliyev, Mirəhməd Eminov, Fərid Ələkbərli, Fərid Şamiloğlu, Emin Əhmədzadə, R.X
Prodüser: Əziz Əliyev
İstinadlar
- ↑ "Vaqif İbrahimoğlu "YUĞ"un gələcəyi haqda nə demişdi?". 2018-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
- ↑ "Vaqif İbrahimoğlu". 2022-03-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-20.
Həmçinin bax
Azərbaycan filmlərinin siyahısı
2012-ci ilin Azərbaycan filmləri
2010-cu illər Azərbaycan filmlərinin siyahısı