Fərid Ələkbərli

Fərid Urxan oğlu Ələkbərli (3 yanvar 1964, Kirovabad7 aprel 2021[1]) — tarix üzrə elmlər doktoru, professor, Azərbaycan Tibb Tarixçiləri Birliyinin prezidenti, Beynəlxalq Tibb Tarixi Cəmiyyəti (ISHM) İdarə Heyətinin üzvü, Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzüli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi və çapa hazırlanması şöbəsinin müdiri.

Fərid Ələkbərli
Doğum tarixi
Doğum yeri Gəncə, Azərbaycan SSR, SSRİ
Vəfat tarixi (57 yaşında)
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Elmi dərəcələri tarix üzrə elmlər doktoru, biologiya üzrə fəlsəfə doktoru
Elmi adı professor
Təhsili
alakbarli.aamh.az

Ələkbərli Fərid Urxan oğlu 1964-cü il yanvarın 3-də Gəncə şəhərində[2] ziyalı ailəsində anadan olmuşdur. 1981-ci ildə Bakı şəhər 134 №-li orta ümumtəhsil məktəbini bitirmişdir.1980-ci ildə Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsinə daxil olmuş, 1986-cı ildə oranı bitirərək AMЕA Əlyazmalar Fonduna (hal-hazırda Əlyazmalar İnstitutu) təyinat almışdır. Orta əsr tibb əlyazmaları üzərində elmi tədqiqat aparmaq üçün ərəb və fars dillərini müstəqil öyrənmişdir.

1988-ci ildə Azərbaycan Xarici Dillər İnstitutu nəzdində ikiillik fars dili kurslarını bitirmişdir.

1988–1989-cu illərdə Məhəmməd Yusif Şirvaninin "Tibbnamə" (1712-ci il) və Məhəmməd Möminin "Töhfətül-möminin" (1669-cu il) əsərlərinin tədqiqi və tərcüməsi üzərində çalışmışdır. Əlyazmalar İnstitutunda fars, ərəb, azərbaycan dillərində yazılmış orta əsr tibb əlyazmaları üzərində geniş tədqiqat işi aparmışdır.

1992-ci ildə "Orta əsr (XII–XVIII əsrlər) və müasir Azərbaycan dərman bitkilərinin müqayisəli təhlili" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir və biologiya elmlər namizədi (biologiya üzrə fəlsəfə doktoru) elmi dərəcəni almışdır[3].

1993–1994-cü illərdə Bakı Futurologiya Universitetində tibb tarixi, botanika və fitoterapiya üzrə mühazirələr oxumuşdur.

1993–1994-cü illərdə həmçinin Azərbaycan Respublikası Milli Məclisi nəzdində Sosioloji Tədqiqatlar Mərkəzində ekspert vəzifəsində çalışmışdır.

1998-ci ildə "Orta əsr (X–XVIII əsrlər) ərəbyazılı mənbələr Azərbaycanda sağlamlığın qorunması haqqında" dissertasiyanı müdafiə edərək tarix üzrə elmlər doktoru elmi adı almışdır (ixtisasının kodu – 07.00.09. – Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqatın metodları).

2003-cü ildə Əlyazmalar institutunun tərcümə və informasiya şöbəsinin müdiri təyin edilmişdir (2014-cü ildə həmin şöbənin adı "Beynəlxalq əlaqələr şöbəsi" adı ilə əvəz edilmişdir).

2004-cü ildə mənzil qərargahı Parisdə yerləşən Ümumdünya Tibb Tarixi Cəmiyyətinin (ISHM) idarə heyətinin üzvü seçilmişdir.

2004–2005-ci illərdə AMEA Əlyazmalar İnstitutunda Azərbaycan əlyazmalarının UNESCO-nun Dünya Yaddaşı Proqramına (Memory of the World Programme) daxil edilməsi layihəsi üzərində çalışmışdır. Nəticədə, 29 iyul 2005 ildə UNESCO-nun qərarı ilə, tarixdə ilk dəfə olaraq, Azərbaycana məxsus orta əsr yazılı abidələri (Əlyazmalar İnstitutunun kolleksiyasından 3 unikal əlyazma) UNESCO-nun Dünya Yaddaşı siyahısına əlavə edildi. Bu siyahıya dünyanın ən qiymətli yazılı abidələri daxil edilir[4][5]

2004-cü ildə həmkarları ilə birlikdə ölkədə tibb tarixini öyrənən ilk qurumu, "Azərbaycan Tibb Tarixçiləri Birliyi"ni, yaratdı və birliyin ilk prezidenti seçildi.[6]

1–2 fevral 2005-ci ildə Azərbaycanda tibb tarixinə aid ilk elmi konfrans təşkil etmişdir: "Azərbaycanda Tibb Elminin Tarixi Problemləri" I Respublika Konfransı.[7]

12–14 iyun 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən keçirilmiş Azərbaycanda tibb tarixinə aid ilk beynəlxalq konfransın həmsədri olmuşdur: "Orta Əsr Əlyazmalarında Ənənəvi Tibb və Əczaçılıq" 1-ci Beynəlxalq Konfrans.[8]

2011–2013-cü illərdə Vatikana baş tutmuş səfərləri müddətində Vatikan Arxivlərində Azərbaycan tarixinə aid çoxsaylı sənədlər aşkar etmiş və onların surətlərini Bakıya gətirmişdir. Vatikan Apostol Kitabxanasında və Vatikan Məhfi Arxivlərində uzunmüddətli araşdırmalar aparan ilk Azərbaycanlı olmuşdur.[9][10]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əsas tədqiqat sahələri

[redaktə | mənbəni redaktə et]

Orta əsr tibb əlyazmaları. Orta əsr Şərqində tibb və əczaçılıq. Mədəniyyət tarixi, mənbəşünaslıq.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

Fərid Ələkbərli 200-dən artıq elmi və elmi-kütləvi əsərin, o cümlədən Azərbaycan, rus, ingilis, alman və italyan dillərində 23 eimi və elmi-kütləvi monoqrafiya və kitabın müəllifidir. Azərbaycan və rus dilində olan kitablardan bəziləri aşağıda göstərilir.

  1. Məhəmməd Yusif Şirvani. Tibbnamə. Şərhlər, lüğətlər və mətnin elmi redaktəsi Fərid Ələkbərovundur. Bakı, 1990, 192 səh.
  2. Алекперов Ф.У. Сравнительный анализ лекарственных растений средневекового (XIII–XVIII вв.) и современного Азербайджана. Баку, Орнак, 1992, 88 С.
  3. Şərabnamə (Оrta əsr mənbələri şərabın müalicəvi xüsusiyyətləri haqqında). Bakı, Elm, 1993, Ön sözün müəllifi, tərcüməçi, tərtibçi və çapa hazırlayanı Fərid Ələkbərovdur. Bakı, Elm, 1993, 48 səh.
  4. Şərq təbabəti cinsi həyat haqqında. Ön söz, tərtibi, tərcüməsi, lüğəti və çapa hazırlanması Fərid Ələkbərovundur. Bakı, Elm, 1993, 96 səh.
  5. Şərq təbabəti və milli xörəklərimiz. Ön söz, tərtibi, tərcüməsi, lüğəti və çapa hazırlanması Fərid Ələkbərovundur. Bakı, Elm, 1994, 212 səh.
  6. Алекперов Фарид. Охрана здоровья в средневековом (X–XVIII вв) Азербайджане. Баку, Иршад, 1999, 88 С.
  7. Ələkbərov Fərid. Şərqdə ailə və nikah. Bakı, "Tural" Nəşriyyat-Poliqrafiya mərkəzi, 2001, 196 s.
  8. Алекперов Фарид. Тысяча и один секрет Востока. Том 1. Баку, Турал, 2001, 505 °C.[11]
  9. Ələkbərov Fərid. Orta əsr əczaçılıq terminləri lüğəti. Bakı, Mütərcim, 2002, 52 s.
  10. Средневековые азербайджанские трактаты по медицине. Мухаммед Юсиф Ширвани. Тиббнаме (Медицинская Книга). Мухаммед Мумин Тухфат аль-Муминин (Дары Мумина). Предисловие, перевод со староазербайджанского и персидского, комментарии и словарь Фарида Алекперова и Акифа Фарзалиева. Санкт-Петербург, Издательство Санкт-Петербургского Государственного Университета, 2002, 212 С. (Yusif Şirvanini "Tibbnamə" (1712 il) əsərinin rus dilinə tərcüməsi Rusiyada Sankt-Peterburq Dövlət Universiteti tərəfindən kitab şəklində nəşr edilmişdir. Bu, Rusiada nəşr olunmuş ilk orta əsr Azərbaycan tibb qaynağıdır)
  11. Алекперли Фарид. Тысяча и один секрет Востока, т. II. Дополненное и исправленное издание. Баку, Нурлан, 2008, 490 С.[12]
  12. Ələkbərli Fərid. Şərq təbabətinin min bir sirri. Cild 1–2. Bakı, Məlhəm NPM, 2008.[13]
  13. Fərid Ələkbərli. Ortaçaq Şərq təbabəti. Bakı, "Elgün", 2013, 320 səh.
  14. Fərid Ələkbərli. Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar. Bakı, "Elm və təhsil", 214, 76 S.
  15. Fərid Ələkbərli Azərbaycan Milli Enciklopediyasının xüsusi cildində yer alan Azərbaycanda ən qədim zamanladan XX əsrin əvvəllərinə qədərki dövrdı elmi biliklərin tarixi haqqında bölümün müəllifidir.[14]
  16. М.Ф.Ахундов. "Человеческий разум — этот божественный дар…" Избранные произведения на русском и азербайджанском языках. Составители: Ф.Алекберли и И.Зайцев. Москва: Центр книги "Рудомино", 2012 г. — 128 С.[15] (2012-ci ilə Moskvada, Rudomino ad. Ümumrussiya Xarici Ədəbiyyat Kitabxanası tərəfindən məşhur XIX əsr Azərbaycan filosofu və dramaturqu Mirzə Fətəli Axundzadənin (Axundovun) indiyə qədər nəşr olunmamış əsərlər toplusu işıq üzü görmüşdür. Kitabın tərtibçiləri Fərid Ələkbərli və İlya Zaytsevdir).

Həmçinin, Fərid Ələkbərli Azərbaycanda tibb tarixi və qədim əlyazmalar haqqında ingilis dilində ilk kitabların müəllifidir.

  1. Farid Alakbarli. Azerbaijan: medieval manuscripts, history of medicine, medicinal plants. Baku,2005[16]
  2. Farid Alakbarli. Medical Manuscripts of Azerbaijan. Baku, 2006[17]
  3. Azerbaijani manuscripts. Text by Farid Alakbarli. Baku, Heydar Aliyev Foundation, 2012[18]. 2013-cü ildə Nyu-Yorkda "Marquand Books" nəşriyyatı tərəfindən "Memories of Baku" ("Bakı xatirələri") kitabı nəşr olunmuşdur. Kitabın Bakının ən qədim zamanlardan XX əsrin əvvəllərinə qədərki tarixindən bəhs edən fəslin müəllifi Fərid Ələkbərlidir. Kitab XIX əsrin sonu – XX əsrin əvvəllərinə aid tarixi fotolarla zəngindir.[19]

Fərid Ələkbərlinin Azərbaycan əlyazmalarına aid kitabları alman və italyan dillərində də nəşr olunub.

  1. Kulturelles Erbe Aserbaidschans. Manuskripte. Baku, Heydär Äliyev Stiftung, Gebundene Ausgabe, 2013[20]
  2. Manoscritti. Beni culturali dell'Azerbaigian.[21]

Elmi-kütləvi nəşrlər

[redaktə | mənbəni redaktə et]

Fərid Ələkbərlinin uşaqlar üçün yazdığı elmi-kütləvi hekayələri və kitabları Azərbaycanda, Rusiyada və ABŞ-da nəşr olunmuşdur.

  1. "Qoca meşəbəyinin əhvalatları", Bakı, 1986[22]
  2. "Биологические сказки", Москва, 1989–1990[23]
  3. "Elmi nağıllar, Bakı, 1996[24]
  4. "Дервиш", Москва, 2010.[25]
  5. "Scientific Tales, Los Angeles, 2011[26].
  6. "Yaşıl Boya", Bakı, 2012[27]

Əsas elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

F. Ələkbərli biologiya üzrə fəlsəfə doktoru, tarix üzrə elmlər doktoru, professor, 200-dən artıq elmi və elmi-kütləvi əsərin, o cümlədən 23 kitab və kitabçanın müəllifidir. F. Ələkbərli tərəfindən yüzə yaxın orta əsr tibb əlyazması ilk dəfə olaraq tədqiqata cəlb edilmişdi. Bu araşdırmalar nəticəsində ilk dəfə olaraq bir sıra qədim tibb əlyazmaları aşkar edilmiş və araşdırılmışdır. Bunlar, Kəmaləddin Kəşaninin "Ərvahül-əcsad" (XIV əsr), Murtuza Qulu Şamlunun "Xirqə" (XVII əsr)[28], "Əbülhəsən Mərağayinin "Müalicəti-münfəridə" (XVIIII əsr) və sair əsərlərdir.[29][30]

F. U. Ələkbərli tibb və əczaçılıq üzrə X–XVIII əsrlərə aid türk (o cümlədən, Azərbaycan), ərəb və farsdilli abidələrin üzərində apardığı tədqiqatlar nəticəsində ilk dəfə olaraq bu mənbələrdə təsvir edilmiş 724 növ dərman bitkisini müəyyən etmiş və araşdırmışdır. Bu növlərin siyahısını hazırlanmışdır. Tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, 724 növ bitkidən ancaq 256 növü (60.7%) müasir tibb elmində istifadə olunur. Bu unudulmuş dərman bitkiləri laborator və kniniki yoxlamalardan sonra müasir tibb elminin istifadəsinə qaytarıla bilər.[31] Bitkilərdən başqa, orta əsrlər zamanı tibbdə istifadə olunmuş 150 növ heyvan, və 115 növ mineral, 866 növ mürəkkəb dərman nüsxələri tədqiq edilmişdir. Onların tərkibi və orta əsr tibbində istifadə üsulları müəyyənləşdirilmişdir[32]. Araşdırılmalar nəticəsində orta əsrlər zamanı Azərbaycanda mövcud olmuş "sağlamlığın qorunması konsepsiyası" aşkar, tədqiq və bərpa edilmişdir. Bu konsepsiya sağlam həyat tərzi, xəstəliklərin profilatikası və müalicəsini təbliğ edirdi.[33]

Fərid Ələkbərli Azərbaycanda diyetologiyanın və şərabçılığın tarixinə dair kitabların müəllifidir.[34][35] O, Azərbaycanda ilk orta əsr əczaşılıq terminləri lüğətini tərtib etmişdır.[36]

Fərid Ələkbərli Vatikan Arxivlərində uzunmüddətli elmi araşdırmalar aparan ilk azərbaycanlı olmuşdur. Vatikanda Apostol Kitabxanasında və Vatikan Məhfi Arxivlərində apardığı tədqiqatlar nəticəsində çoxsaylı orta əsr Azərbaycan əlyazmaları aşkar edilmiş, araşdırılmış, və onların surətləri Azərbaycana gətirilmişdir.[37] Bu sənədlərin arasında orta əsr Azərbaycan hökmdarlarının (İlxani, Səfəvi, Əfşar, Qacar və s.) Roma Papaları ilə diplomatik yazışmalarını əks etdirən məktublar vardır.[38] Başqa sənədlər Vatıkan kilsəsinin Azərbaycanda apardığı dini fəaliyyət və təbliğatla bağlıdır. Sənədlər italian, latın, yunan, fransız, ərəb, fars, türk, mongol və sair dillərdədir.[39]

Vatikan Apostol Kitabxanasında da araşdırmalar aparılmışdır və orta əsr Azərbaycan müəlliflərinə məxsus 60 qədim əlyazma əsəri aşkar edilmışdir. Onların arasında həm məşhur Azərbaycan müəlliflərinin — Nizaminin, Füzulinin, Nəsiminin, Şəbüstərinin, Sührəvərdinin, və s., — əsərləri, həm də indiyə qədər məlum olmamış 9 orta əsr Azərbaycan müəlliflərinin kitabları vardır. Vatikandan gətirilmiş bu və başqa əlyazma nüsxələrinin surətləri AMEA Əlyazmalar İnstitutunun fonduna təhvil verilmişdir[40]. Tədqıqatın nəticələri kitab şəklində nəşr olunmuşdur.[41].

Fərid Ələkbərli bir sıra nəşrlərin, o cümlədə Bolqarıstanda işıq üzü görən "Asklepios" Beynəlxalq Tibb Tarixi Jurnalının və ABŞ-da dərc olunan "Azerbaijan International", "Biomedicine International"[42], "International Journal of History and Philosophy of Medicine" jurnallarının redaksiya heyətinin üzvüdür.[43].

  1. https://www.yeniavaz.com/az/news/164767/azerbaycanli-alim-vefat-etdi-foto.
  2. "Azərbaycan Milli Elmlər Akademiyasının internet səhifəsi". 2015-07-10 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
  3. Алекперов Ф.У. Сравнительный анализ лекарственных растений средневекового (XIII–XVIII вв.) и современного Азербайджана. Баку, Орнак, 1992, 88 С.
  4. "Medieval medical manuscripts from Baku in the Memory of the World Programme of UNESCO". bmijournal.org. 2011-07-12. 2013-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  5. "Unique Medical Manuscripts from Azerbaijan Have Been Included in the Memory of the World Program of UNESCO". alakbarli.aamh.az. 2011-07-12. 2013-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  6. "Azerbaijan Association of Medical Historians (AAMH)". aamh.az. 2017-05-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  7. "Materials of the 1st National Conference of The Azerbaijani Society for the History of Medicine "Problems of the History of Medicine in Azerbaijan". Baku, 1-2 February 2005" (PDF). aamh.az. 2019-11-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-24.
  8. "Alakbarli Farid. First International Medical Manuscript Conference". azeri.org. 2013-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  9. "Fərid Ələkbərli. Vatikan Arxivlərində Saxlanan Azərbaycana aid əlyazmalar. Bakı, "Elm və Təhsil", 2014" (PDF). aamh.az. 2015-07-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2015-06-20.
  10. "Azərbaycan əlyazmaları aşkar edilib". "Milli Məclis" jurnalı. 25.02.2013. 2014-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-24.
  11. "Алекперов Фарид. Тысяча и один секрет Востока. Том 1. Баку, Турал, 2001, 505 C." (PDF). kitabxana.net. 2013-09-13 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-24.
  12. "Алекперли Фарид. Тысяча и один секрет Востока, т.II. Дополненное и исправленное издание. Баку, Нурлан, 2008, 490 С." (PDF). aamh.az. 2014-06-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-24.
  13. "Ələkbərli Fərid. Şərq təbabətinin min bir sirri. Cild 1-2. Bakı, Məlhəm NPM, 2008". aamh.az. 2015-04-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-24.
  14. "Фарид Алекперли. История науки в Азербайджане. 2007". alakbarli.aamh.az. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  15. "М.Ф.Ахундов. "Человеческий разум - этот божественный дар..." Избранные произведения на русском и азербайджанском языках. Составители: Ф.Алекберли и И.Зайцев. Москва: Центр книги "Рудомино", 2012 г. - 128 С." livelib.ru. 2016-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  16. "Azerbaijan: medieval manuscripts, history of medicine, medicinal plants" (Baku,2005)" (PDF). Alakbarli.aamh.az. 2015-11-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2013-11-23.
  17. "Farid Alakbarli. Medical Manuscripts of Azerbaijan. Baku, 2006". Alakbarli.aamh.az. 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  18. Azerbaijani manuscripts. Text by Farid Alakbarli. #Baku, Heydar Aliyev Foundation, 2012
  19. "Memories of Baku ARTBOOK". Artbook.com. 2015-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  20. Farid Alakbarli. "Kulturelles Erbe Aserbaidschans. Manuskripte. Baku, Heydär Äliyev Stiftung, Gebundene Ausgabe, 2013". Amazon.com. 2013. İstifadə tarixi: 2015-06-9.
  21. Manoscritti. Testo di: Farid Alakbarli ; fot. di: Mammad Rahimov, Abdul Samadov ; trad. di: Erika Balbo ; red.: Laura Corsico. – Baku, Fond. Heydar Aliyev, cop. 2012. – 103 P (Beni culturali dell'Azerbaigian). ISBN 978-9952-483-15-4.
  22. Ələkbərov Fərid. Qоса meşəbeyinin söhbətləri (povestdən parçalar). "Azərbayсan Pioneri" qəzeti, № 69 (4135), çərşənbə, 27 avqust 1986; № 70 (4136), cümə, 29 avqust, 1986, səh.4
  23. Алекперов Фарид. Биологические сказки. В брошюрах общества "Знание", сер. Биология. Москва, "Знание", 1989–1990
  24. Ələkbərov Fərid. "Elmi nağıllar", Bakı, Elm, 1996
  25. Фарид Алекперли. Дервиш. Литературный альманах "Автограф". Новые имена. Гл. ред. Е.Петропавловский, № 2, M., 2010, с.535–549
  26. "Scientific Tales". Azeri.org. 2011. 2021-06-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  27. Ələkbərli Fərid. "Yaşıl Boya", Bakı, UNESCO üzrə Azərbaycan Respublikasının milli komitəsi, Bakı, "Təhsil", 2012
  28. Şərq təbabəti cinsi həyat haqqında. Ön söz, tərtibi, tərcüməsi, lüğəti və çapa hazırlanması Fərid Ələkbərovundur. Bakı, Elm, 1993, 96 səh.
  29. Ələkbərov Fərid. Şərqdə ailə və nikah. Bakı, "Tural" Nəşriyyat-Poliqrafiya mərkəzi, 2001, 196 s.
  30. Jean Patterson. "Medieval Secrets of Health Farid Alakbarli: Researching Baku's Medical Manuscripts by". Azer.com. Spring 2003. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  31. Алекперов Фарид. Охрана здоровья в средневековом (X–XVIII вв) Азербайджане. Баку, Иршад, 1999, 88 С.
  32. Fərid Ələkbərli. Ortaçaq Şərq təbabəti. Bakı, "Elgün", 2013, 320 səh.
  33. Алекперов Фарид Урхан оглы. "Письменные источники X-XVIII вв. об охране здоровья в средневековом Азербайджане (Специальность - 07.00.09 Историография, источниковедение и методы исторического исследования). Автореферат диссертации на соискание ученой степени доктора исторических наук. Баку". Azerturan.wmsite.ru. 1997. 2014-06-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  34. Şərabnamə (Оrta əsr mənbələri şərabın müalicəvi xüsusiyyətləri haqqında). Bakı, Elm, 1993, Ön sözün müəllifi, tərcüməçi, tərtibçi və çapa hazırlayanı Fərid Ələkbərovdur. Bakı, Elm, 1993, 48 səh.
  35. Şərq təbabəti və milli xörəklərimiz. Ön söz, tərtibi, tərcüməsi, lüğəti və çapa hazırlanması Fərid Ələkbərovundur. Bakı, Elm, 1994, 212 səh.
  36. Ələkbərov Fərid. Orta əsr əczaçılıq terminləri lüğəti. Bakı, Mütərcim, 2002, 52 s.
  37. Sevda İsmayıllı. "Fərid Ələkbərli Vatikandan yenə əlidolu qayıtdı". Azadlıq Radiosu. 21.11.2013. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  38. "Roma Papası vaxtilə I Şah Abbasdan niyə üzr istəyib? Vatikandan gətirilmiş məxfi sənədlərin oxunmasına başlanılıb". ANSPRESS. Şənbə, 03 Mart, 2012. 2015-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  39. Atif Eyvazov. "Fərid Ələkbərli: Bəzi dillərdə olan əlyazmaların tərcüməsi üçün mütəxəssis lazımdır". AZADİNFORM. 24.09.2012. 2012-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-10.
  40. "Ancient Azerbaijani manuscripts brought to Baku from Vatican". News.Az. 2011-07-12. 2015-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-11-23.
  41. "Vatikanın məxfi arxivindəki Azərbaycan əlyazmaları". Virtual Azərbaycan. 2013-08-12. 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-11.
  42. "Biomedicine Interational Journal. A Multidisciplinary Peer-Reviewed Journal". BMIJ. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.
  43. "Fərid Ələkbərli. Tərcümeyi-hal". aamh.Az. 2011-07-12. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-06-20.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]