Vaqif İbrahimoğlu

Vaqif İbrahimoğlu (18 oktyabr 1949, Mərdəkan12 may 2011, Bakı, Azərbaycan) — Azərbaycan novator teatr rejissoru.[1]

Vaqif İbrahimoğlu
Doğum tarixi 18 oktyabr 1949(1949-10-18)
Doğum yeri
Vəfat tarixi 12 may 2011(2011-05-12) (61 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ağciyər xərçəngi
Dəfn yeri
Fəaliyyəti aktyor
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi
IMDb ID1076609

Vaqif İbrahimoğlu 18 oktyabr 1949-cu ildə Bakı şəhərinin Mərdəkan qəsəbəsində anadan olmuşdur. 1967-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olmuş, 1972-ci ildə həmin institutu bitirmişdir. 1973–1976-cı illərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi çalışmışdır. 1976–1979-cu illərdə Azərbaycan Teatr Cəmiyyətinin nəzdindəki Eksperimental Teatr Studiyasında, 1979–1982-ci illərdə Tədris Teatrında Bədii rəhbər, 1982–1989-cu illərdə isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında baş rejissor vəzifəsində fəaliyyət göstərmişdir.

Azərbaycan Milli Akademik Dram Teatrında, Türkiyənin Ankara və Bursa teatrlarında, Estoniyanın Uqala Teatrında tamaşalar hazırlamışdır. 1989-cu ildən YUĞ Teatrının bədii rəhbəri vəzifəsində çalışmışdır. 1992-ci ildə YUĞ Teatr-Studiyası dövlət statusu almışdır.

Vaqif İbrahimoğlu "YUĞ" teatrında 1989-cu ildən həyatının sonuna qədər 90-a yaxın tamaşaya quruluş vermişdi.

22 may 1991-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi fəxri adı ilə təltif olunub. AzTXİ-nin təsis etdiyi "Qızıl Dərviş" mükafatı laureatı, ADMİU-nun dosenti idi. 2006-cı ildən Azərbaycan Respublikası Prezidenti təqaüdü alırdı.

Vaqif İbrahimoğlu 12 may 2011-ci ildə Bakıda vəfat etmişdir.[2]

2019-cu ilin martında Bakıda Vaqif İbrahimoğlunun xatirəsinə həsr olunmuş "Boş məkanın dolğunluğu" adlı eksperimental tamaşalar festivalı keçirilmişdir.[3]

  1. Dantenin yubileyi (film, 1978)
  2. Bağlı qapı (film, 1981)
  3. Əlavə iz (film, 1981)
  4. Qəm pəncərəsi (film, 1986)
  5. Qurama (film, 1995)
  6. Otel otağı (film, 1998)
  7. Dağın nəvəsi (film, 2002)
  8. Pəri qala (film, 2007)
  9. Sahə (film, 2010)
  1. Səfa, M. "Vaqif İbrahimoğlu kimi ustadım olub": Məmməd Səfa: "Sənət fərdi yanaşmanı, fərdi işi daha çox xoşlayır": [Əməkdar artistlə müsahibə] /müsahibəni apardı Xədicə Qiyas //Türküstan.- 2015.- 7–21 noyabr.- S.16.
  2. "2010–2011-ci illərdə dünyasını dəyişən kino işçiləri". Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. Dövlət Film Fondu. Kino-Bülleten. IV buraxılış. Bakı: Apostroff, 2011.
  3. CBC TV. "Театральный фестиваль, как территория новаторства и эксперимента" (rus). Youtube.com. 04.03.2019. 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-04.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]