Ağali Alışov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağali Alışov
Agali Alışov
Doğum tarixi 30 iyun 1986(1986-06-30) (37 yaş)
Doğum yeri
Uşağı 1 qızı var
Fəaliyyəti boksçu

Ağali Alışov (30 iyun 1986, Oğlanqala, İliç rayonu) — Azərbaycanlı peşəkar boksçudur, EBA (WBA) versiyası üzrə Avropa çempionu.

Həyatı

Alışov Ağali Alış oğlu 30 iyun 1986-cı ildə Azərbaycanda anadan olub. 1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan Uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlşıb. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. 2012-ci ildən Donetsk Milli Universitetində (ДонНу) Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır. Hazırda Almaniyada yaşayır və karyerasını Almaniyadada davam etdirir.

Uğurları

Ağali Alışovun döyüşdüyü çəki koteqoriyasında ən ciddi qələbələri 2011-ci ildən başlayıb və 30 döyüş keçirib. Keçirdiyi döyüşlərin 25-ni qələbə ilə başa vurub, 17 dəfə rəqibi nokautla məğlub edib. 2014-cü il Avropa kəməri uğrunda döyüşə çıxmağa namizəddir.

  • 2004-cü ildə Moskva şəhərində Özbəkistan idmançısı Nodir Holnazarovla döyüşdə qalib gəlib.
  • 2006-cı ildə Moskva şəhərində Ukrayna idmançısı İqor Petrova 6 raundluq döyüşdə xal hesabı ilə qalib gəlib.
  • 2006-cı ildə Zveniqorod şəhərində Rusiya idmançısı Vyacheslav Polyakova qarşı döyüşdə 3-cü raunda nokautla qalib gəlib.
  • 2007-ci ildə Donetski şəhərində Belarus idmançısı İqor Durova qarşı döyüşün 5-ci raundunda nokautla qalib gəlib.
  • 2007-ci ildə Ukraynanın Donetsk şəhərində 8 raundluq döyüşün 1-ci raundunda Ermənistan idmançısı Arut Khachatryana nokautla qalib gəlib.
  • 2008-ci ildə Ukraynada 8 rauntluq döyüşdə Ukrayna idmançısı Ruslan Pavlenkoya 3-cü raunda nokautla qalib gəlib.
  • 2008-ci ildə Ukraynada 10 raundluq döyüşdə Polşa idmançısı Andrey Domasha 5-ci raundda nokautla qalib gəlib.
  • 2008-ci ildə Ukraynada 6 raundluq döyüşdə Ukrayna idmançısı Vitali Çarkine 1-ci raundda nokautla qalib gəlib.
  • 2008-ci ildə Ukraynada 8 raundluq döyüşdə Moldova idmançısı Mykhayil Ihnatuka 6-cı raundda nokautla qalib gəlib.
  • 2008-ci ildə Ukraynada 8 raundluq döyüşdə Ukrayna idmançısı Dmytro Bohachuka xal hesabı ilə qalib gəlib.
  • 2009-cu ildə Ukraynada 8 raundluq döüyüşdə Ukrayna idmançısı Oleksandr Nosikova 3-cü raundda nokautla qalib gəlib.
  • 2009-cu ildə Ukraynanın Kiyev şəhərində Ukrayna idmançısı Ruslan Pavlusa 6 raundluq döyüşün 2-ci raundunda nokautla qalib gəlib.
  • 2010-cu ildə Ukraynada 6 raundluq döyüşün 1-ci raundunda Rustem Timiyevə nokautla qalib gəlib.
  • 2010-cu ildə Ukraynada Qazaxıstan boksçusu Raxim Minhaliyevlə 6 raundluq döüyüşdə bərabərə qalıb.
  • 2011-ci ildə Kiyev şəhərində Ukrayna idmançısı Roman Konavalova 10 raundluq döyüşün 6-cı raundunda nokautla qalib gələrək Ukrayna çempionu olub
  • 2011-ci ildə Almaniyanın Veissvasser şəhərində Heydər Əliyev adına keçirilən beynəlxalq boks turnirində Çexiya idmançısı Josef Holubala 12 raundluq döyüşün 2-ci raundunda qalib gələrək IBO-international interm dunya kəmərinə sahib olub.
  • 2011-ci ildə Bakı şəhərində EBA-WBA (European Boxing Association) kəməri uğrunda kecirilən 12 raundluq döyüşdə finalda Gürcüsdan idmançısı Nuqzar Margeraşviliyə xal hesabı ilə qalib gələrək peşəkar boks üzrə ilk Azərbaycanlı Avropa çempionu olub.
  • 2012-ci ildə 6 raundluq döyüşün 2-ci raundunda Oleksandır Litvaya nokautla qalib gəlib.
  • 2013-cü ildə Xarkov şəhərində 6 raundluq döyüşdə Ermənistan bokscusu Ruben Movssesiyana qalıb gəlıb.
  • 2013-cü ıldə Minsk şəhərində 6 raundluq döyüşdə Gürcüsdan bokscusu Anzor Gamgebeliyə qalib gəlib.
  • 2013-cü ıldə 8 raundluq doyüşün 2-ci raundunda Kostantin Novoselduka nokautla qalib gəlib.

Mənbə

http://www.derwesten.de/sport/lokalsport/ennepetal-gevelsberg-schwelm/agali-alishov-gewinnt-profi-kampf-durch-tko-id11772818.html?service=mobile