Ağali Alışov (30 iyun 1986, Oğlanqala, İliç rayonu) — Azərbaycanlı peşəkar boksçudur, EBA (WBA) versiyası üzrə Avropa çempionu.
Ağali Alışov |
---|
Agali Alışov |
Doğum tarixi |
30 iyun 1986(1986-06-30) (38 yaş) |
Doğum yeri |
|
Uşağı |
1 qızı var |
Fəaliyyəti |
boksçu |
Alışov Ağali Alış oğlu 30 iyun 1986-cı ildə Azərbaycanda anadan olub.
1998-ci ildən oxuduğu orta məktəbdə yeni açılan Uşu idman növü ilə məşğul olmağa başlayıb. Dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. 2001-ci ildə Gürcüstan Respublikasında keçirilən yarışda Avroasiya çempionu, 2001-ci ildə Kiyevdə Avropa kubokunun qalibi olub. Bir müddət maddi vəziyyətinin aşağı olduğu üçün idmandan kənarlşıb. 2004-cü ildən peşəkar boks karyerasına Rusiyanın Moskva şəhərində başlayıb. 2007-ci ildən Ukrayna Respublikasında yaşayır. Ukraynaya köçmə səbəbi, 1 may 2007-ci ildə Rusiya Xalqlar Dostluğu Universitetində keçirilən bayram tədbirində qondarma Dağlıq Qarabağ Respublikasının "bayrağını" cırdığına görə aldığı güllə yarası olub. 2012-ci ildən Donetsk Milli Universitetində (ДонНу) Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alır.
Hazırda Almaniyada yaşayır və karyerasını Almaniyadada davam etdirir.
Ağali Alışovun döyüşdüyü çəki koteqoriyasında ən ciddi qələbələri 2011-ci ildən başlayıb və 30 döyüş keçirib. Keçirdiyi döyüşlərin 25-ni qələbə ilə başa vurub, 17 dəfə rəqibi nokautla məğlub edib. 2014-cü il Avropa kəməri uğrunda döyüşə çıxmağa namizəddir.
- 2004-cü ildə Moskva şəhərində Özbəkistan idmançısı Nodir Holnazarovla döyüşdə qalib gəlib.
- 2006-cı ildə Moskva şəhərində Ukrayna idmançısı İqor Petrova 6 raundluq döyüşdə xal hesabı ilə qalib gəlib.
- 2006-cı ildə Zveniqorod şəhərində Rusiya idmançısı Vyacheslav Polyakova qarşı döyüşdə 3-cü raunda nokautla qalib gəlib.
- 2007-ci ildə Donetski şəhərində Belarus idmançısı İqor Durova qarşı döyüşün 5-ci raundunda nokautla qalib gəlib.
- 2007-ci ildə Ukraynanın Donetsk şəhərində 8 raundluq döyüşün 1-ci raundunda Ermənistan idmançısı Arut Khachatryana nokautla qalib gəlib.
- 2008-ci ildə Ukraynada 8 rauntluq döyüşdə Ukrayna idmançısı Ruslan Pavlenkoya 3-cü raunda nokautla qalib gəlib.
- 2008-ci ildə Ukraynada 10 raundluq döyüşdə Polşa idmançısı Andrey Domasha 5-ci raundda nokautla qalib gəlib.
- 2008-ci ildə Ukraynada 6 raundluq döyüşdə Ukrayna idmançısı Vitali Çarkine 1-ci raundda nokautla qalib gəlib.
- 2008-ci ildə Ukraynada 8 raundluq döyüşdə Moldova idmançısı Mykhayil Ihnatuka 6-cı raundda nokautla qalib gəlib.
- 2008-ci ildə Ukraynada 8 raundluq döyüşdə Ukrayna idmançısı Dmytro Bohachuka xal hesabı ilə qalib gəlib.
- 2009-cu ildə Ukraynada 8 raundluq döüyüşdə Ukrayna idmançısı Oleksandr Nosikova 3-cü raundda nokautla qalib gəlib.
- 2009-cu ildə Ukraynanın Kiyev şəhərində Ukrayna idmançısı Ruslan Pavlusa 6 raundluq döyüşün 2-ci raundunda nokautla qalib gəlib.
- 2010-cu ildə Ukraynada 6 raundluq döyüşün 1-ci raundunda Rustem Timiyevə nokautla qalib gəlib.
- 2010-cu ildə Ukraynada Qazaxıstan boksçusu Raxim Minhaliyevlə 6 raundluq döüyüşdə bərabərə qalıb.
- 2011-ci ildə Kiyev şəhərində Ukrayna idmançısı Roman Konavalova 10 raundluq döyüşün 6-cı raundunda nokautla qalib gələrək Ukrayna çempionu olub
- 2011-ci ildə Almaniyanın Veissvasser şəhərində Heydər Əliyev adına keçirilən beynəlxalq boks turnirində Çexiya idmançısı Josef Holubala 12 raundluq döyüşün 2-ci raundunda qalib gələrək IBO-international interm dunya kəmərinə sahib olub.
- 2011-ci ildə Bakı şəhərində EBA-WBA (European Boxing Association) kəməri uğrunda kecirilən 12 raundluq döyüşdə finalda Gürcüsdan idmançısı Nuqzar Margeraşviliyə xal hesabı ilə qalib gələrək peşəkar boks üzrə ilk Azərbaycanlı Avropa çempionu olub.
- 2012-ci ildə 6 raundluq döyüşün 2-ci raundunda Oleksandır Litvaya nokautla qalib gəlib.
- 2013-cü ildə Xarkov şəhərində 6 raundluq döyüşdə Ermənistan bokscusu Ruben Movssesiyana qalıb gəlıb.
- 2013-cü ıldə Minsk şəhərində 6 raundluq döyüşdə Gürcüsdan bokscusu Anzor Gamgebeliyə qalib gəlib.
- 2013-cü ıldə 8 raundluq doyüşün 2-ci raundunda Kostantin Novoselduka nokautla qalib gəlib.
http://www.derwesten.de/sport/lokalsport/ennepetal-gevelsberg-schwelm/agali-alishov-gewinnt-profi-kampf-durch-tko-id11772818.html?service=mobile