Ağamehdi Ələkbərov

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Çap versiyası artıq dəstəklənmir və render xətaları ola bilər. Zəhmət olmasa brauzerinizi yeniləyin və əvəzinə standart brauzer çap funksiyasından istifadə edin.
Ağamehdi Ələkbərov
bayraq
Azərbaycan SSR tikinti materialları sənayesi naziri
bayraq2
20 oktyabr 1965 – 5 fevral 1970
Əvvəlkivəzifə təsis edilib
SonrakıFərid Musabəyov
5 oktyabr 1953 – 6 iyun 1957
ƏvvəlkiHadı Dadaşov
Sonrakıvəzifə ləğv edilib
bayraq
Azərbaycan SSR Nazirlər Soveti Dövlət Tikinti Materialları Sənayesi İstehsalat Komitəsinin sədri
bayraq2
10 may 1965 – 20 oktyabr 1965
Əvvəlkivəzifə təsis edilib
Sonrakıvəzifə ləğv edilib
Şəxsi məlumatlar
Doğum tarixi 1910
Partiya
Təhsili
  • Sankt-Peterburq Dövlət Texnologiya İnstitutu[d]

Təltifləri "Azərbaycan SSR əməkdar inşaatçısı" fəxri adı

Ağamehdi Salman oğlu Ələkbərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri.

Həyatı

Ağamehdi Ələkbərov 1910-cu ildə neftçi fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunu bitirmişdir.[1]

1937-ci ildən neft sənayesi və tikinti materialları sənayesində rəhbər işlərdə — Azərbaycan neft tikinti materialları trestinin baş mühəndisi, müdiri, Azərbaycan Neft Kəşfiyyatı Birliyi rəisinin müavini vəzifələrində işləmişdir. 1953-cü ildən Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, sonra naziri, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin texniki və kommunal təsərrüfatı şöbəsinin rəisi olmuşdur. 1965-ci ildə yenidən tikinti materialları sənayesi naziri təyin edilmişdir.[1]

Ağamehdi Ələkbərov 1942-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir.[2] 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.[3]

İstinadlar

  1. 1 2 Әләкбәров Ағамеһди Салман оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Алтынҹы чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1965. С. 100.
  2. Әләкбәров Ағамеһди Салман оғлу // Азәрбајҹан ССР Али Советинин депутатлары. Једдинҹи чағырыш. Бакы: Азәрбајҹан ССР Али Советинин нәшри. 1968. С. 123.
  3. Alekberov, Aga Mekhti Salman ogly // Prominent personalities in the USSR (ingilis). Metuchen, New Jersey: Scarecrow Press. 1968. səh. 13.