Ağamehdi Salman oğlu Ələkbərov — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR tikinti materialları sənayesi naziri.
Ağamehdi Ələkbərov | |
---|---|
20 oktyabr 1965 – 5 fevral 1970 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | Fərid Musabəyov |
5 oktyabr 1953 – 6 iyun 1957 | |
Əvvəlki | Hadı Dadaşov |
Sonrakı | vəzifə ləğv edilib |
10 may 1965 – 20 oktyabr 1965 | |
Əvvəlki | vəzifə təsis edilib |
Sonrakı | vəzifə ləğv edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1910 |
Partiya | |
Təhsili |
|
|
|
Təltifləri |
Ağamehdi Ələkbərov 1910-cu ildə neftçi fəhlə ailəsində anadan olmuşdur. Leninqrad Texnologiya İnstitutunu bitirmişdir.[1]
1937-ci ildən neft sənayesi və tikinti materialları sənayesində rəhbər işlərdə — Azərbaycan neft tikinti materialları trestinin baş mühəndisi, müdiri, Azərbaycan Neft Kəşfiyyatı Birliyi rəisinin müavini vəzifələrində işləmişdir. 1953-cü ildən Azərbaycan SSR tikinti materialları sənayesi nazirinin birinci müavini, sonra naziri, 1960-cı ildən isə Azərbaycan SSR Nazirlər Sovetinin texniki və kommunal təsərrüfatı şöbəsinin rəisi olmuşdur. 1965-ci ildə yenidən tikinti materialları sənayesi naziri təyin edilmişdir.[1]
Ağamehdi Ələkbərov 1942-ci ildə Sov.İKP üzvlüyünə qəbul edilmiş, Azərbaycan SSR Ali Sovetinin 6 və 7-ci çağırış deputatı seçilmişdir.[2] 1966-cı ildən Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü olmuşdur.[3]